FƏRHAD AĞAZADƏNİN FƏALİYYƏTİNƏ BİR NƏZƏR

Fərhad Ağazadənin fəaliyyətinə bir nəzər

Görkəmli pedaqoq, jurnalist, türkoloq, ictimai xadim Fərhad Ağazadə Şərqli 1880-ci il avqust ayının 12-də Yelizavetpol quberniyasının Şuşa şəhərində doğulmuşdur . Onun atası Məşədi Rəhim heç bir təhsil görməmişdi. O qədər də böyük olmayan baqqal dükanında ticarətlə məşğul olmuş, cüzi qazancla ailəsini dolandırmışdır.
Keçən əsrin 90-cı illərində Şuşada dövlət tərəfindən bir neçə məktəb açılmışdı. Lakin bu məktəblər zəhmətkeş balalarının təhsilə cəlb edilməsini təmin etmirdi. Belə bir zamanda Şuşa şəhərinin gənc ziyalılarından bəziləri xalqın kütləvi savadsızlığını ləğv etmək üçün çarə düşünürdülər. Onlardan ikisi – Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını yenicə bitirmiş Camal bəy Fətəlibəyov və Səməd bəy Ağayev silkindən asılı olmayaraq azərbaycanlı uşaqlar üçün ибтидаи məktəb təşkil etməyi qərara alırlar. Bu məktəbləri Bakı “rus-müsəlman” məktəbləri tipində meydana gətirmək və şagirdləri digər məktəblərə daxil olmaq üçün hazırlamağı nəzərdə tuturlar. Onlar uşaqların yalnız ibtidai savad almaları üçün deyil, onların müəyyən məktəblərə girib təhsillərini daha da artırıb, пешя qazanmaları qayğısına qalırdılar.
Camal bəy Fətəlibəyov 1893-cü ilin yanvarında ərizə ilə Yelizavetpol, Yerevan quberniyaları və Kars vilayətinin ibtidai məktəb direktoruna müraciət edir. O, Şuşa şəhərində yerli azərbaycanlı oğlanlar üçün 3 dərəcəli “rus-tatar” məktəbi tipində məktəb açmağa icazə verilməsini xahiş edir. Həmin direktorluq bu barədə Qafqaz təhsil dairəsi popeçitelinə məktub yazaraq, Camal bəy Fətəlibəyova məktəb açmaq üçün icazə verilməsini xahiş edir.
1893-cü il yanvarın 27-də icazə verilir. Mart ayının 18-də isə Camal bəy Fətəlibəyov öz məktəbini açır. Məktəbə ilk qəbul olunan 25 nəfərin arasında  13 yaşlı Fərhad Ağayev də var idi. C. Fətəlibəyov qapı-qapı gəzib məktəbinə şagird cəlb etmişdi. O, böyük həvəslə işə başlayıb, mollaxanalardan fərqli olaraq ana dili, rus dili, hesab, nəğmə, rəsmxət fənlərini yeni üsulla öyrətməyi qarşısına qoydu. Onun şagirdləri xüsusi forma geyinirdilər. Skamyalarda otururdular. Avam və dindar Məşədi Rəhim bunlara ona görə razı olmuşdu ki, özü savadsızlığın acısını dadmışdı. O, istəyirdi ki, onun oğlu az-maz rusca öyrənsin, savada yiyələnsin və təsərrüfatın hesabını apara bilsin. Çar məmurları, çinovniklər rusca bilməyən adamları daha çox incidirdilər. Məşədi Rəhim fikirləşirdi ki, Fərhad bu məktəbdə rusca danışmağı öyrənsə, onların güzəranı yaxşılaşаr. Ona görə də 6 il gec də olsa, Fərhadı Camal bəyin məktəbinə verdi. Fərhad ilk gündən zehni, fərasəti ilə müəlliminin diqqətini cəlb etdi. O, öyrədiləni möhkəmcə qavrayır, ona yad olan rus dilinin qrammatik qayda-qanunlarını çətinlik çəkmədən mənimsəyirdi. 1893-1894-cü dərs ilində Fərhad təhsilə o qədər möhkəm bağlandı ki, yay tətili günlərində belə mütaliəсини давам етдирирди. Müəllim Camal bəy Fətəlibəyov sevimli şagirdi Fərhada təkcə elm, savad öyrətməklə kifayətlənmir, ona məktəbin cəmiyyətdəki rolundan, təhsilin əhəmiyyətindən, vətən naminə çalışmağın müqəddəsliyindən söhbət açırdı. Beləliklə, o, istedadlı şagirdinə geniş dünyagörüşü aşılaya bilmişdi.
1895-ci ilin iyul ayında Camal bəy onun məktəbini bitirən Fərhadı özü ilə Qoriyə apardı. İyulun 23-də Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru A.İ.Slavinskinin adına Məşədi Rəhim tərəfindən bir ərizə yazıb, sənədlərlə birlikdə təhvil verdi. Ərizədə xahiş edirdi ki, Fərhadı Seminariyanın tatar şöbəsinə qəbul etsinlər. Ərizədə belə bir əlavə də vardı ki, Məşədi Rəhim savadsız olduğuna görə ərizəni onun oğlu Fərhad Ağayev imzalamışdır . Seminariyada Fərhad Ağazadənin sənədlərinə baxılmış, onun hazırlığı yoxlandıqdan sonra 1895-ci il sentyabrın 1-dən kiçik hazırlıq sinfinə qəbul edilmişdir. Bu barədə Zaqafqaziya Müəllimlər Seminariyası pedaqoji şurasının 28 avqust 1895-ci il tarixli iclasının protokolunda aşağıdakı sətirləri oxuyuruq: “... Şura, seminariyaya qəbul edilmiş şagirdlərin şifahi sınaq cavablarının nəticəsini və onların yaşını nəzərdə tutaraq qərara alır:
«1. Tahirov Qəmbər,
2. Axundov Cəmil,
3. Ağayev Fərhad,
4. Aslanov Abdullah,
5. Terequlov İslam,
6. Qiyasbəyov Mənsur,
7. Şərifov Ziyad,
8. Vəkilov İsfəndiyar,
9. Muradov Alay Sultan
dövlət hesabına tatar pansionunун kiçik hazırlıq sinfinə qəbul eдилсинляр” .
Bir il (1895-96) kiçik hazırlıq sinfində oxuduqdan sonra, о, (1896-97) böyük hazırlıq sinfində тящсил алыр. 1897-98, 1898-99, 1899-1900-cü tədris illərində семинарийанын I, II, III siniflərini bitirib, müəllim kimi hazırlanır.
Fərhad seminariyada əxlaqı, səyi və ictimai işlərdə iştirakı ilə müəllim heyətinin hörmətini qazanır. 1895-96-cı тядрис ilinin sonunda sinif rəhbəri (классный наставник) Qarakənidze onun şəxsi işinə aşağıdakı sözlərdən ibarət qısa bir ряй yazmışdır: “Ağayev Fərhad ciddi, səyli, bacarıqlı, nəzakətli şagirddir” . Sonrakı illər üçün yazılmış ряйлярдя dя onun nəzakətli və bacarıqlı olduğu qeyd edilмиш, əxlaqını həmişə əla qiymətlə qiymətləndirmişlər.
Zaqafqaziya Müəllimlər Seminariyasının pedaqoji şurasının 18 dekabr 1896-cı il tarixli protokolundan aydın olur ki, həmin gün pedaqoji şura 1896-97-ci tədris ilinin birinci yarısına aid I sinif şagirdlərinin yazı işlərinə baxışı müzakirə etmişdir. İşlərə baxan komissiya bir çox şagirdиn yazısındakı səliqəsizliyi, hərf elementlərini birləşdirə bilməmələrini qeyd etdikləri halda, Fərhadın təmiz, сялигяли yazdığını göstərmişlər. Protokolda belə bir bənd vardır: “Ağayev və Tairov təmiz yazırlar, dəftərlərindəki qeydləri tamamilə yerinə yetirirlər” . O, bədii qiraəti sevmiş, yoldaşlarına qarşı həmişə diqqətli və qayğıkeş olmuşdur. Orada musiqi ilə maraqlanmış, skripka çalmağı öyrənmişdir. Hətta sonralar müəllim işlərkən 1908-ci ildə Ü. Hacıbəyovun “Leyli və Məcnun” operası tamaşaya qoyularkən o da orkestrin tərkibində çalğıçı kimi iştirak etmişdir .
Fərhad seminariya iлlərində rus dilinə daha mükəmməl yiyələndi. Bu dillə dünya klassik ədəbiyyatı ilə yaxından tanış oldu. O, Şekspiri, Şilleri, Hüqonu, Balzakı, Puşkini, Çernışevskini, Dobrolyubovu sevə-sevə oxumuş, eyni zamanda zəngin Şərq ədəbiyyatını – Sədini, Nizamini, Füzulini, Vaqifi, Zakiri, M.F.Axundovu böyük həvəslə mütaliə etmişdir. O, burada hesab, tarix, coğrafiya, pedaqoji elmlər haqqında ilk müfəssəl məlumat almışdır.
Ədəbiyyatşünas Firudin bəy Köçərli həmin illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında müəllimlik edirdi. Onun Azərbaycan ədəbiyyatına və məişətinə dair мараглы məqalələri, digər azərбайcанлы ziyalılarının qəzet və jurnal səhifələrindəki çıxışları maarifpərvər oxucuların diqqət mərkəzində idi. Tələbə Fərhad da təkcə dərs deməklə kifayətlənməyib zülmü, istibdadı ifşa etmək, xalqı təhsilə, savada cəlb etmək üçün mətbuatdan istifadə etməyi qarşısına məqsəd qoyur. Seminariyanın son kursunda Fərhad ictimai işlərdə fəal çalışır, özünü yetginləşmiş, müstəqil fikrə, düşüncəyə malik bir gənc kimi göstərir.
1899-cu il may ayının 26-da böyük rus şairi A.S.Puşkinin anadan olmasının 100 illiyini qeyd etmək üçün Zaqafqaziya Müəllimlər Seminariyasında hazırlıq işləri aparılırdı. Tədbirlərin ən böyüyü Puşkin albomunun hazırlanması və böyük şair A.S.Puşkinin xatirəsinə həsr edilmiş ədəbi-musiqili gecənin keçirilməsi idi. Iri həcmli, olduqca zövqlə tərtib edilmiş Puşkin albomuna seminariya müəllim və şagirdlərinin Puşkinə həsr edilmiş bədii yazıları, musiqi əsərləri, çıxışları, Puşkinin şeirlərinə bəstələnmiş musiqi, rəsm əsəsrləri, xəritə və s. sırf yaradıcılıq xarakteri daşıyan işlər daxil idi. F.Ağazadənin Puşkin albomunun 34-40-cı səhifələrini tutan “Rus ədəbiyyatı və Puşkinin Azərbaycan ədəbiyyatına təsiri”  adlı işi xüsusi olaraq diqqəti cəlb edir. “Həmin mövzunun o vaxt üçün orjinallığını heç kim inkar edə bilməz. Bu iş hətta indi belə özünün əhəmiyyətini tamamilə itirməmişdir” .
Filoloq alim Həbib Babayev F.Ağazadənin həmin işinin rus-azərbaycan ədəbi əlaqələrini öyrənməkdə böyük əhəmiyyəti olduğunu göstərir. Müəllif yazır: “Azərbaycan SSR EA Respuбlika Əlyazmaları Fondunda 1899-cu ildə Fərhad Ağazadə tərəfindən “Rus ədəbiyyatı və Puşkinin Azərbaycan ədəbiyyatına təısiri” mövzusunda edilmiş məruzənin planından görünür ki, F.Ağazadə rus – azərbaycan ədəbi əlaqələrinin XVII əsrdən XIX əsrədək olan dövrünü nəzərdən keçirir” .
Bundan əlavə, Fərhad Ağazadə A.S.Puşkinin xatirəsinə həsr edilmiş ədəbi-musiqili gecədə şairin “Tunc atlı” poemasından “На берегу пустынных волн” parçasını xorla birlikdə oxumuşdur .
Zaqafqaziya Müəllimlər Seminariyasının kollektivi 1900-cü ildə Parisdə açılacaq ümumdünya sərgisində iştirak etməyə ciddi hazırlaşırdı. Biz seminariyanın ümumdünya sərgisində hansı eksponatlarla iştirak etdiyini müəyyənləşdirə bilmədik. Lakin bizə bir fakt məlum oldu ki, seminariyanın direktoru A.İ.Slavinski Parisə göndəriləcək materiallarla əlaqədar olaraq qeydlərində tez-tez tələbələrdən  Tahir Axundov, Həsən Qiyasbəyli və Fərhad Ağazadənin adına müraciət etmişdir . Görünür ki, onlar öz eksponatları ilə sərgidə iştirak etmək hüququnu qazanmışlar.
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının 7 iyun 1900-cü il tarixli pedaqoji şura iclasının protokolunda Fərhad Ağazadəнин 18 nəfər şagirdlə birlikdə seminariyanı müvəffəqiyyətlə bitirməsi haqqında məlumat verilir. Şura, III sinfi bitirən şagirdlərin əxlaqı və müvəffəqiyyətləri haqqında sinif rəhbərinin məruzəsini dinləyərək, onların elmlərdə müvəffəqiyyəti, əqli inkişafı, təcrübə məşğələlərini, buraxılış imtahanlarındakı cavablarını, seminariyada olduqları müddətdə əldə etdikləri əxlaqi keyfiyyətləri və seminariyada qazandıqları müvəffəqiyyətləri nəzərə alaraq, tərbiyə olunan 19 nəfərin hamısına ibtidai xalq məktəbi müəllimi şəhadətnaməsi verilməsini qərara alır .
Pedaqoji şura seminariyanı bitirənləri kitab, yaxud tədris vəsaiti ilə mükafatlandırmağı qərara alır. Bundan əlavə, şagirdlərin musiqi, nəğmə və xəritə çəkilişindəki, əmək və əl əməyində, marka satışındakı fəaliyyətlərini nəzərə alaraq, onlarıн pulla mükafatlandırılması nəzərdə tutuluр. Belə ki, ən yüksək pul mükafatı alanlardan biri F.Ağazadə olur. Ona 12 manat pul verilir. Mükafatların miqdarı 5 manatdan 16 manatadək olmuşdur.
Fərhad Ağazadə 1900-cü ilin sentyabrında bir müəllim kimi Xaçmaz məktəbində fəaliyyətə başlayarkən artıq xüsusi hazırlığa malik bir ziyalı idi. O, bir il orada çalışdıqdan sonra Şuşaya gəlir. 1901-1902-ci tədris ilini Şuşa şəhər məktəbində işləyir. 1902-ci ilin sentyabrından 1905-ci ilin yayına qədər isə Yelizavetpol (Эянcя – ред.) quberniyasının Gorus ikisinifli məktəbində dərs deyir. Fərhad bu illərdə öz üzərində müstəqil olaraq çalışır, biliyini daha da artırır, qəzet səhifələrində müxtəlif məqalələrlə çıxış edir. O, xalq şeir nümunələrini, xalq qəhrəmanları haqqında materiallar toplamaqla da məşğul olur.
Az keçməmiş онун məharətli müəllim, dərin biliyə malik зийалы olduğu, xalqın ümumi dərdlərinə çarə тапмаьа yönəldilmiş ictimai fəaliyyəti Azərbaycan ziyalılarının diqqətini cəlb edir. O zaman Bakıya cəmləşmiş Azərbaycanın qabaqcıl ziyalıları onu daha geniş və faydalı fəaliyyət üçün Bakıya - mərkəzə gətirməyi qərara alırlar. 1904-cü il sentyabr ayının 2-də Fərhad Ağazadə Gorusda uşaqlar qarşısında dərs deyərkən, Bakıda şəhər dumasının məktəb komissiyası Bakı müəllimlərinin təkidini xalq məktəbləri direktoruna yazır: “... ehtimala görə rus-tatar məktəblərində iki paralel sinif açmaq lazım эяляcяк, bunu nəzərə alaraq, komissiya bu yerlərə namizəd aşağıdakıları təklif edir və təsdiqini xahiş edir: Ağayev Fərhad bəy вя Sübhanverdixanov Abdulla bəy”.  Bakı ziyalılarından Topçubaşov bu xəbəri teleqramla Fərhada çatдырыr. “Kaspi” qəzeti 1904-cü ildəki 263-cü nömrəsində artıq Fərhad Ağazadənin VI “rus-tatar” məktəbinə təyin olunması haqqında xəbəri sevinclə çap edir. Lakin bu barədə Fərhad Ağazadənin özünə rəsmi heç bir məlumat göndərilməmişdi. Fərhad Ağazadə düz bir il beş aydan sonra, 1905-ci ilin 12 yanvarında Gorusdan Bakı şəhər duması məktəb komissiyasının sədri Belyavskiyə məktub yazır. O, özünün Bakıya “rus-tatar” məktəbinə gətirilməsi haqqındakı təşəbbüsü ona xatırladır və xahiş edir ki, maya qədər təyinat alıb-almayacağı барядя məlumat versin.  Lakin nəinki maya qədər, heç sentyabradək onun Bakıya gətirilməsi işi həll edilmir. Fərhad 1905-ci ilin sentyabrından Yelizavetpol şəhər məktəbində işləməyə başlayır. Üç aydan sonra, 1905-ci ilin dekabrında Fərhad Ağazadə Bakıya köçürülür. O, I rus-tatar məktəbinin III şöbəsində M.Hacıbəyovun (M.Hacınski – Ə.A.) yerinə müəllim təyin olunur. M.Hacıbəyovun isə ikisinifli rus-tatar məktəbinə Abdulla bəy Əfəndiyevin yerinə göndərilir. A.Əfəndiyev isə IX rus-tatar məktəbinə gedir.  F.Ağazadə məktəbdən əlavə “İrşad” qəzeti redaksiyasında da işə başlayır. Onun Bakıda yaşamaq üçün evi yox idi. Müəllim M.Hacınski öz xüsusi mülkindən iki otaq ayırıb, həmişəlik və təmənnasız Fərhad Ağazadənin ixtiyarına verir (F.Ağazadə ömrünün sonunadək həmin binada - hal-hazırda Ш.Шамил кцчяси, 11 №li evdə yaşamışdır).
O, 1906-cı ilin tədris ilini başa vurduqdan sonra, 1907-ci ildən IV “rus-tatar” məktəbinə müdir təyin olunur. 1908-ci il sentyabrın 30-dan isə I rus-tatar məktəbinin müdirliyini qəbul edir. 1909-cu ilin 8 yanvarından yenidən IV rus-tatar məktəbinə keçirilir.
1906, 1907, 1908-ci illərdəki ictimai və pedaqoji fəaliyyəti ona olduqca böyük şöhrət qazandırır.
F.Ağazadə Bakıya gələn kimi ilk növbədə dərs dediyi I rus-tatar məktəbində pedaqoji işi daha da canlandırır. Arxiv sənədlərindən aydın olur ki, başqa rus-tatar məktəblərinin III şöbəsində həftədə 24 saat dərs deyildiyi halda, F.Ağazadənin дярс dediyi III şöbədə həftədə 26 saat dərs olmuşdur. O, başqalarından fərqli olaraq tarix və coğrafiya fənlərini də keçmişdir. Belə ki, 1906-cı ildə F.Ağazadənin dərs dediyi III şöbədə dərs cədvəli aşağıdakı kimi olmuşdur:

Həftənin günləri F ə n l ə r Həftənin günləri F ə n l ə r

Şənbə 1. Hesab
2. Rus dili
3. Azərbaycan dili
4. Rus dilindən yazı dərsi
Çərşənbə axşamı 1. Şəriət
2. Rus dili
3. Azərbaycan dili
4. Rus dilindən yazı dərsi
5. Coğrafiya

Bazar 1. Rus dili
2. Hesab
3. Şəriət
4. Azərbaycan dili
5. Rəsmxət
Çərşənbə 1. Hesab
2. Azərbaycan dili
3. Rus dili
4. Tarix

Bazar ertəsi 1. Hesab
2. Rus dili
3. Azərbaycan dili
4. Azərbaycan dili üzrə yazı
Cümə axşamı 1. Rus dili
2. Hesab
3. Şəriət
4. Azərbaycan dili


Fərhad Ağazadə həm də “İrşad” qəzeti səhifələrində çap etdirdiyi ictimai-siyasi mahiyyət daşıyan publisist məqalələri, felyetonları ilə ziyalılar arasında demokratik fikirlər yayır, xalqı siyasi hadisələrdə fəal iştirak etməyə çağırırdı.
Fərhad Ağazadə 1906-cı ildə Bakıda təşkil edilmiş “Nicat” maarif cəmiyyətinin yaradılmasında yaxından iştirak edir. Əvvəlcə, cəmiyyətin sadəcə üzvü olan Fərhad, çox keçmir ki, idarə heyətinin üzvü seçilir. Bu cəmiyyət ilk aylarda yalnız qiraətxana və kitabxana açmaqla kifayətlənir. Bundan sonra məktəblər açmağa, məktəblərdə oxuyan kasıb uşaqlara kömək etməyə başlayır.
Bakıdakı мütərəqqi ziyalılar qrupunun demək olar ki, hamısı “Nicat” maarif cəmiyyətinin üzvləri idi. Bunların cərgəsində adları indi də iftixarla çəkilən H.B.Zərdabini, N.Nərimanovu, M.Mahmudbəyovu, F.Ağazadəni, S.S.Axundza-də¬ni, S.S.Axundovu, Ü.Hacıbəyovu, Süleyman bəy Əbdülrəhmanbəyovu, Əlis-kən¬dəр Cəfərzadəni və digərlərini göstərmək olar.
Bakının qabaqcıl maarif ordusu 1906-cı ildə savadsızlığı ləğv etmək, təhsili məcburi etmək, təlimdəki geriliyə və köhnəliyə zərbə vurmaq, tədrisin keyfiyyətini yüksəltmək, müəllimlərin ağır vəziyyətini müzakirə etmək məqsədilə bir yerə toplaşmağı lazım bilirlər; qurultay çağırmaq qərarına gəlirlər.
Qurultayın çağыrılması fikri meydana çıxanadək dəfələrlə müxtəlif məsələlər barəsində Qafqaz Təhsil Dairəsinə, yaxud digər yuxarı təşkilatlara məlumat verilmiş, xahişlər edilmişdisə də, heç bir tədbir görülməmişdi. Belə olan təqdirdə Azərbaycan müəllimləri öz dərdlərini özləri həll etməyi qərara almışdılar.
1906-cı ilin may ayından başlayaraq, qurultayda hansı məsələlərin müzakirəyə qoyulması üzərində düşünülür. Müəllimlər ayrı-ayrı, yaxud da kollektiv şəkildə bu barədə öz fikirlərini layihə şəklində hazırlayırlar.
Müəllimlər qurultayının çağırılması fikrinin ən möhkəm müdafiəçilərindən biri də Fərhad Ağazadə olur. O, təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verirdi. Onun fikrincə, qurultay müəllimlərin педагоъи тяcрцбясинин artmaсыna kömək edən ən gözəl vasitələrdən biri olmalı idi. Biz bu fikri rus pedaqoqlarından Piroqovun da müdafiə etdiyini görürük. Lakin Piroqov təkcə ümumtəhsil məktəb müəllimlərinin deyil, ali məktəb müəllimlərinin də yığıncaqlarını, müşavirələrini lazım bilirdi.
1906-cı il may ayının 21-də Bakıdakı müsəlman məktəbi müəllimləri “Nicat” cəmiyyətinin qiraətxanasına toplaşıb, rus-tatar və dini məktəblərin vəziyyətini müzakirə edirlər. Müəllim Süleyman bəy Əbdülrəhmanbəyov məktəblərin vəziyyəti haqqında geniş məruzə ilə çıxış edir. O, göstərir ki, məktəblərin halı “hər cəhətdən” çox ağırdır. Bu barədə popeçitelə bildirilmiş və islahat təklif edilmişdir. Lakin heç bir tədbir görülmədiyindən  avqustun 15-də Bakıda qurultay çağırmağı qərara almışlar.
Süleyman bəy Əbdülrəhmanbəyov məruzəsindən sonra müəllimlər qrulta-yını hazırlamaq, qurulatayda müzakirə olunacaq məsələləri nəzərdən keçirmək və qaydaya salmaq üçün xüsusi komissiya təклиф edir. Xüsusi komissiyanın sədri Nəriman Nərimanov seçilir. Həsənbəy Zərdabi, Fərhad Ağazadə, Əliağa Həsənzadə, Əlisgəndər Cəfərzadə xüsusi komissiyanın üzvləri olurlar.
Qurultayda müzakirəsi nəzərdə tutulan yeni proqramların tərтibi, proqramlara müvafiq dərsliklərin hazırlanması, oxumaq və yazmaq üçün asan yeni üsulun təlimi haqqında, kənd müəllimlərinin vəziyyəti, ana dilinin tədrisи və digər məsələlərlə əlaqədar qarşıya çıxan bir çox işlərin görülməsində Fərhad Ağazadə xüsusi fəallıq göstərir.
Xüsusi komissiya iyul ayının 13-də özünün səkkizinci iclasında hesab proqramının tərtibini ona həvalə edir. Onun hazırladığı proqram komissiya tərəfindən bəyənilib qurultayın müzakirəsinə təqdim edilir. Qurultayda proqramın I, II, III şöbə üçün hazırlanmış hissələri tamamilə, IV şöbə üçün olan hissə yenidən işlənilmək şərti ilə qəbul edilir.
Qurultaya hazırlıq dövründə mətbuat – “İrşad”, “Həyat”, “Dəbistan” və digər qəzet və jurnallar bu barədə tez-tez materiallar dərc edirdilər. Fərhad Ağazadə “İrşad” qəzeti səhifələrində müəllimlər qurultayının nə vaxt işə başlayacağını, qurultayın məqsədini şərh edir, müəllimləri qurultayda iştirak etmək üçün səfərbərliyə çağırırdı.
“Dəbistan” jurnalı 1906-cı ildə çıxan 8-ci nömrəsində müəllimlər qurultayının proqramını vermiş və öz oxucularına müraciət edərək yazmışdı: “bu barədə məclisdən müqəddəm hər kəsin bir sualı və yaxud bir qeyri fikir və təsəvvüratı olsa, zildə yazılan adreslərə rücu etsinlər: Bakı şəhərindəki “Həyat” idarəsində Nəriman Nərimanova, ya “Kaspi” idarəsində Həsən bəy Məlikova, ya Bakı şəhərində “İrşad” idarəsində Fərhad Ağayevə”.
Hər üç məslək yoldaşı – Nəriman Nərimanov, Həsən bəy Zərdabi və Fərhad Ağazadə çalışırdılar ki, müəllimlər qurultayı canlı keçsin, nəticə etibarilə fayda versin. Həm də təlim və tədrisin vəziyyətini yaxşılaşdırmaqla birlikdə, beyinləri aydınlaşdırsın, müəllimlərə mübarizə yolunu göstərsin. Təsadüfi deyildir ki, Azərbaycan müəllimlərinin I qurultayı inqilabi ruhda keçirilmişdir. Məhz qurultay zamanı Nəriman Nərimanovun məşhur milyonçu Hacı Zeynəlabdin Tağıyevlə olan cəsarətli mübahisəsi, ağıllı, qorxmaz cavabı, Fərhad Ağazadənin müəllimlərin vəziyyətini pisləşdirən hökumət siyasətinin açıq tənqidi buna parlaq nümunə idi.
Heç də unutmaq lazım deyildir ki, Azərbaycan müəllimlərinin 1906-1907-ci illərdə çağırılmış qurultayları birdən-birə meydana çıxmamışdır. O, yetişmiş ictimai zəmin üzərində baş vermiş ən mütərəqqi bir hadisə idi.
1906-cı il avqust ayının 17-də I müəllimlər qurultayının 3-cü iclasında Fərhad Ağazadə “Kənd müəllimlərinin ehtiyacları” mövzusunda məruzə edir. O, məruzəsində müəllimlərin dözülməz həyat keçirdiklərini, hökumət məmurlarının xalqı təhsildən yayındırdıqlarını ifşa edirdi.
Fərhad Ağazadənin məruzəsi qurultay nümayəndələri tərəfindən böyük maraqla dinlənildi. Onun müəllimlərin maaşlarını artırmaq, mənzil şəraitini yaxşılaşdırmaq, çarizmin maarif sistemini ifşa etmək, müəllimlərə ana dilini öyrənmək və mübarizəyə qoşulmaq, faydalı kitablar tapıb oxumaq və digər tələblərini qurultay geniş müzakirə etdi.
Müxtəlif məzmunlu çıxışlar oldu. Danışanların bir çoxu müəllimlərin özlərini günahlandırыр, bəziləri isə F.Ağazadənin tərəfində durub hökuməti təqsirləndirdilər. Bu müzakirələrdən heç bir nəticə hasil olmur. Qurultay nümayəndələri bu barədə müəyyən qərara gələ bilmirlər.
 I Qurultay məktəblərdə ana dili dərslərinə verilən saatları artırmağı, yeni mükəmməl proqramlarla işləməyi, məktəblərdə tədrisin keyfiyyətini yüksəltməyi, məktəblərin tətillərini düzgün bölüşdürməyi, vahid dərs bölgüsü və dərs cədvəlinə əməl edilməsini, ibtidai təhsilin ümumi və məcburi olmasını, təlimdə yeni üsullardan istifadə etməyi və yeni dərsliklərin hazırlanmasını qərara aldı.
Qurultayın 25 avqustda olan on birinci iclasında qəbul edilmiş qərarı həyata keçirmək və müəllimlərə yeni işlərdə metodik köməklik göstərmək üçün gizli səsvermə yolu ilə 16 nəfərdən ibarət komissiya seçildi.  Buraya Mahmudbəy Mahmudbəyov (34 səs), Fərhad Ağazadə (33 səs), Həsən bəy Məlikov (28 səs), Həbib bəy Mahmudbəyov (28 səs), Süleyman Sani Axundov (14 səs) və digərləri daxil oldu. Komissiya üzvləri təlim və tədrisə dair kitablar da hazırlamalı idilər.
Həmin komissiya birinci qurultay bitdikdən sonra Bakı Şəhər Duması məktəblər komissiyası sədrinə məlumat hazırlayıb göndərdi.
Qurultayın qərarını icra edən komissiya dövlət qarşısında aşağıdakıların həll edilməsini qurultayın adından irəli sürdü.
1. Qurultay tərəfindən işlənilmiş Azərbaycan dili proqramı təsdiq edilsin.
2. Azərbaycan dili dərsi müsəlmanlar üçün əsas fənn hesab edilsin.
3. Azərbaycan dili dərsi qurultay tərəfindən tərtib edilmiş tədris planına müvafiq olaraq artırılsın.
4. Tədris planındakı fənlər qurultay tərəfindən tərtib edilmiş proqram üzrə aparılmalıdır.
5. Harada ki müsəlman əhalisi çoxdur, orada inspektorlardan biri müsəlman təyin edilsin ki, o, yerli dərslərin aparılmasına nəzarət edə bilsin.

1. Qurultay belə bir tədris planı tərtib etmişdi:


      F ə n l ə r Ş  ö  b  ə  l  ə  r
1 2 3 4
1 Şəriət 4 3 3 3
2 Ana dili 8 6 6 7
3 Rus dili - 8 8 7
4 Hesab 6 4 6 6
5 Rəsmxətt və rəsm
2
1
1
1
6 Hüsnxətt 2 1 1 1
7 İfadəli                                  qiraət 1 1 1 1
8 Nəğmə 1 1 1 7
24 s. 25 s. 27 s. 27 s.

1. Ana dilindən dərs deyən müəllimlərin hüquqları başqa müəllimlərin hüquqları ilə bərabər tutulsun.
2. Məktəblərdə daxil olacaq müsəlman uşaqlarının sayı 2 dəfə artırılsın.
3. Şəhər və kənd məktəblərində sənət verən şöbələr açılsın.
Komissiya yerli canişinlik qarşısında isə aşağıdakı məsələləri qaldırırdı:
1. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar şöbəsini müsəlman mərkəzlərinin birinə köçürmək;
2. Həmin şöbəni müəllimlər seminariyasına çevirmək;
3. Həmin seminariyada Azərbaycan dilini əsas fənn kimi tədris etmək;
4. Müsəlman müəllimlərinin hüququnu başqa müəllimlərin hüququ ilə bərabər tutmaq;
5. Hər bir şəhərdə rus-tatar qız məktəbi açmaq;
6. Müsəlman müəllimləri üçün pedaqoji kurslar təşkil etmək.
Həmin məlumat komissiyasının üzvləri olan F.Ağazadə, M.Mahmudbəyov, S.S.Axundov və digərləri tərəfindən hazırlanmış, komissiyanın sədri H.Məlikov tərəfindən imzalamışdır.
Təəssüf ki, komissiya tərəfindən dövlət və canişinlik qarşısında qaldırılmış məsələlər təsdiq edilməmiş qaldı.
Birinci qurultaydan 4-5 ay sonra komissiya üzvləri 1907-ci ilin yazında çağırılacaq II qurultayın daha geniş məna kəsb etməsi və fayda verməsi üçün əlindən gələni əsirgəmirdi.
II qurultayı 1907-ci ilin 1 iyununda Yelizavetpolda keçirmək nəzərdə tutulmuşdu. Məlumdur ki, məktəblərdə dərs deyən bütün müsəlman müəllimlər I qurultayında iştirak edə bilməmişdilər. Digər tərəfdən, Yelizavetpol quberniyası Tiflis və Yerevan quberniyaları yaxın idi. Həmin quberniyalarda çalışan dini və rus-tatar məktəbinin müsəlman müəllimləri, digər maarif işçiləri Yelizavetpolda çağırılan qurultayda asanlıqla iştirak edə bilərdilər. Qafqaz təhsil dairəsi və canişinlik Tiflisdə yerləşdiyindən idarələrdə sürətli əlaqə saxlamaq üçün Yelizavetpol münasib hesab edilirdi. Yelizavetpol quberniyaсına daxil olan ərazi çox böyük idi, demək olar ki, Azərbaycan ərazisinin yarısını təşkil edirdi. Həm də Yelizavetpol Azərbaycanın ikinci mədəni mərkəzi hesab edilirdi. Bütün bu cəhətlərinə görə II müəllimlər qurultayının Gəncədə çağırılmasınının nəzərdə tutulması təbii idi.
Gəncə ziyalılarını təşkil etmək və hazırlıq işləri görmək üçün Fərhad Ağazadə 1907-ci il fevralın əvvəllərində Gəncəyə göndərilir. Gəncə ziyalıları, müəllimlər onu sevinclə qarşılayırlar. Əvvəlcə çağırılacaq qurultayın proqramını tərtib edirlər. Proqram dəqiq hazır olduqdan bir gün sonra, yəni 1907-ci ilin 26 fevralında Fərhad Ağazadə Bakıya – müvəqqəti xüsusi komissiyanın sədri H.Məlikov həmin proqram barəsində xüsusi məktubla məlumat verir. Gəncədə görmüş olduğu və görəcəyi digər işlərlə onu tanış edir. Fərhad Ağazadə yazır:

“Hörmətli Həsən bəy!
... proqramı yalnız dünən işləyib qurtarmışıq. Onun məzmunu təxminən belədir:
I. Qurultayın məqsədi.
                                             II. Onun tərkibi.
III. Qurultayın görəcəyi işlər: 1) I qurultayın və Bakıdakı müvəqqəti komissiyanın gördüyü işləri nəzərdən keçirmək; 2) Azərbaycanlılar arasında təhsilin yayılması tədbirləri; 3) Mədrəsələr üçün proqram hazırlanması; 4) dini və dünyəvi fənlər üzrə müsəlman müəllimlərinin sayının artırılması barədə; 6) Azərbaycan dilini varvarizmdən azad etmək və milli dilə çevirmək tədbirləri; 7) ümumiyyətlə, dərsliklər barəsində; 8) Azərbaycan dilinin təlim üsulunu müəyyən etmək (nümunə dərsi veriləcəkdir); 9) Mühazirələr: təbiətşünaslıq, pedaqogika, psixologiya, didaktika, məktəb gigiyenası, tarix, Azərbaycan dili və ədəbiyyatı tarixi üzrə; 10) gimnastik oyunlar, hüsnxətt və nəğmə fənləri üzrə təlim üsulları; 11) Texniki təhsil haqqında; 12) Müəllimlər tərəfindən təklif edilən məsələlərin müzakirəsi.
Tərtib etdiyimiz təxmini proqram bax, budur. Buraya Sizin, yaxud yoldaşların bir şey əlavə etmək fikri varsa, tez bildirsin. Çünki proqram bu günlərdə icazə və təsdiq üçün təqdim ediləcəkdir. Bu gün ziyalılarla birlikdə məşvərət edirik. Çalışacağam Bakıya gələnədək icazə almağa nail olum, qalanlar asandır.
... Bu müddət ərzində burada dərsliklər üçün zəngin material toplamışam, türk dilində “fənlərin təsnifatını” əldə etmişəm, hansı ki, əlifba və ondan sonrakı kitab üçün çox vacibdir.
                                                              26 fevral
                                                                         F.Ağayev.
Ünvan: Yelizavetpol, “Tehran nömrələri”.
Proqram hazır olduqdan sonra bir aya yaxın vaxt keçdikdən sonra, 1907-ci ilin 24 martında Gəncə ziyalılarından bir neçə nəfər icazə üçün ərizə ilə Yelizavetpol qubernatoruna müraciət edirlər. Onlar göstərirlər ki, 1906-cı ilin avqustunda Bakıda müsəlman müəllimlərin I qurultayı olmuşdur. O zaman II qurultayın proqramını, F.Ağazadənin H.Məlikova göndərdiyi proqramın surətini ərizəyə əlavə etmiş və 1907-ci il iyunun 1-dən 15-nə kimi olan müddətdə qurultayın keçirilməsinə icazə verilməsini xahiş etmişlər. Qubernator həmin ərizəni qərar vermək üçün Qafqaz Təhsil dairəsi popeçitelinə göndərmişdir. Popeçitel aprelin 5-də verdiyi cavabda Rusiya Xalq Maarif Nazirliyinin 1899-cu ilin 26 noyabrında təsdiq olunmuş “İbtidai məktəb müəllimlərinin qurultayı haqqında müvəqqəti qaydalar”ına əsaslanaraq icazə verməmişdir. Canişinlik, popeçitel və qubernator arasında gedən yazışma mayın 4-də bitmişdir. Həmin “Qaydalar”da göstərilirdi ki, qurultayda xalq məktəbinin bir inspektoruna tabe olan və bir rayonda işləyən ibtidai məktəb müəllimləri iştirak edə bilər. Həmin qurultayda iştirak edəcək şəxslərin siyahısı qabaqcadan təqdim edilməli, qurultayın iclaslarına ictimaiyyət buraxılmamalıdır. Həm də qurultay yalnız 7 gün davam edə bilər.
Göstərilən bu şərtlər müsəlman müəllimlərin II qurultayına uyğun gəlmədiyindən Gəncə ziyalıları icazə ala bilmədilər.
Həsən bəy Məlikova məktubunda “Bakıya gələnədək çalışacağam ki, icazə almağa nail olaq, qalan işlər isə asandır, - deyə yazan Fərhad Ağazadə görünür ki, bu işin çətinliyini irəlicədən duymuşmuş.
II qurultayı çağırmaq işi Gəncədə baş tutmadığından yenə də Bakıda fəaliyyətə başlamaq lazım gəldi. Fərhad Ağazadə “Nicat” maarif cəmiyyətinin üzvlərini məsələ ilə hali etdikdən sonra, may ayının 26-da cəmiyyətin sədri doktor Həsən bəy Ağayev Bakı şəhər bələdiyyə rəisinə belə ərizə yazdı: “Bakı maarif cəmiyyəti “Nicat” nizamnaməsinin 2-ci paraqrafına əsasən xalq müəllimlərinin qurultayını çağırmaq hüququna malikdir. Buna görə cəmiyyətin sədri kimi Sizdən xahiş edirəm ki, mənim məsuliyyətim altında Bakı quberniyası müəllimlərinin 1907-ci ilin 25 avqustundan 5 sentyabra qədər davam etmək şərtilə 2-ci qurultayını çağırmağa icazə verəsiniz. Bu ərizə ilə qurultayın iş proqramını təqdim edirəm...” Qurultayın iş proqramı Fərhad Ağazadənin Gəncədən göndərdiyi proqram idi. II qurultay 1907-ci ilin 25 avqustunda Bakıda işə başlarkən həmin proqram əsasında işlədi.
II qurultayın 28 avqust tarixli dördüncü iclasında Fərhad Ağazadə I qurultayın tapşırığı əsasında Abdulla bəy Əfəndiyev və Süleyman Sani Axundovla birlikdə tərtib etdikləri “Əlifba” dərsliyinin layihəsini qurultay nümayəndələrinə təqdim etdi. Bu dərslikdə ərəb əlifbası xeyli islah edilmişdi. Bu barədə iclas protokolunda oxuyuruq: “Mövcud olan əlifbamızın əсnayi tədrisdə təsadüf edilən və tədrisə qarşı bir əngəl və müşkülat təşkil eləyən qüsur və nöqsanlarını birər-birər tədad edib Fərhad bəy yeni tərtib etmiş olduqları əlifbanın bu nöqsanlardan xali olduğunu yazı taxtası üzərində göstərərək izaha çalışır”.
Fərhad Ağazadə yazı taxtası qarşısında dayanaraq, ərəb əlifbasının yazıda və qiraətdə törətdiyi çətinlikləri əyani surətdə, inandırıcı dəlillərlə göstərir və yeni “Əlifba”nın asanlıqlarını və üstünlüklərini nümayiş etdirir. O, nümayəndələrin müxtəlif suallarına cavab verdikdən sonra, həmin layihəni qurultayın müzakirəsinə təqdim edir. Qızğın müzakirə başlanır. Lakin nümayəndələrin bir çoxu yeni əlifbanı qəbul etmirlər.
Qurultayın 30 avqust tarixli altıncı iclаsında F.Ağazadənin əlifba məsələsi yenidən meydana çıxır. Müzakirəyə qoyulur.
 F.Ağazadə öz layihəsini möhkəm müdafiə edir. Ərəb əlifbasının nöqsanlı və qeyri mükəmməl olmasına görə uşaqların surətlə savadlana bilmədiklərini göstərir. O, savad təlimindəki müvəffəqiyyətin bilavasitə əlifba təlimi ilə bağlı olduğunu qeyd edir. Qurultay nümayəndələrinin bir hissəsi Fərhad Ağazadənin fikri ilə yenə də razılaşmır və “Əlifbamızın təqyiri beynəlmiləli-islamiyyəyə baisi-təfriqə ola bilər” – deyə bu gözəl tədbirin baş tutmasına imkan vermirlər. F.Ağazadə öz fikrində israr edir və elmi-didaktik qaydalara əsaslanaraq yeni layihənin faydalılığını sübuta yetirir. Nəticədə əlifba layihəsi hamı üçün qəbul edilməsə də, protokola belə bir cümlə yazılır: “Fərhad bəyə məzkur təkmil edilmiş əlifba vasitəsilə tədris etməyə müsaidə verilir, bu şərtlə ki, nəticədə uşaqların necə yazıb oxuyacaqları  komissiya tərəfindən yoxlanılıb qəzetə vasitəsi ilə elan edilsin”.
Təəssüf ki, bu barədə sonralar heç bir məlumat verilməmişdir.
Azərbaycan müəllimlərinin birinci (1906) və ikinci (1907) qurultayları məktəb və maarif işçilərimizin gələcək inkişafına xeyli kömək etmiş oldu. Bu qurultaylar məktəblərimizdə ana dili tədrisinin vəziyyətini yaxşılaşdırmaq, bütün məktəb fənlərini ana dilində tədris etmək və bu məsələlərlə əlaqədar olaraq tədris planı, proqram əlifbanın islahı, dərslik və dərs vəsaitlərini qaydaya salmaq kimi mühüm məsələləri müzakirə edib, səmərəli tədbirlərin görülməsi ilə nəticələndi.
Fərhad Ağazadə Üzeyir Hacıbəyov və Abdulla Şaiqlə birlikdə II qurultayın katibi olmuş, ümumiyyətlə, qurultayların həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Məsələn, I qurultayın qərarı ilə tərtib edilmiş və II qurultayda tədris üçün təsdiq olunmuş “İkinci il” dərsliyinin müəlliflərindən biri F.Ağazadə idi.
Daha sonra Fərhad Ağazadə 1907-1908-ci illərdə yeni üsulla dərs deyən müəllimlərin hazırlanmasında öz köməyini əsirgəməmişdir. Bəzi köhnə üsulla dərs aparan məktəblərin yeni üsula keçməsi üçün orada nümunə dərsi demiş və yeni məktəblərin açılmasına metodiki cəhətdən yaxından köməklik göstərmişdir. Qurultayların qərarlarına əsasən Azərbaycan məktəbləri üçün müəllim hazırlamaq  məqsədi ilə Bakıda müəllim hazırlığı kursları açılırdı. Bu kursların təşkili və müəllim hazırlamaq işində Fərhad Ağazadə yaxından iştirak edirdi. O, nəinki Bakıda, hətta yay məzuniyyəti zamanı Şuşa şəhərindəki “Gövhəriyyə” məktəbi yanında müəllim hazırlığı kursu təşkil etmiş və burada yeni üsulla dərs deyən müəllimlər hazırlamışdır. Bu barədə Fərhad Ağazadənin yaxın qohumu, indi təqaüddə olan qocaman müəllim Əli Xudiyev öz xatirəsində belə yazır: “Fərhad müəllim müəllimlər qurultayından sonra Şuşaya gəlir, oradakı məktəbləri gəzir, ən fərasətli, bacarıqlı müəllimlərlə dərs keçirdi. Məsələn, Mirzə Dadaş molla təlimi görmüşdü. Lakin savadlı idi.
Fərhad müəllim onu “Gövhəriyyə” məktəbi yanındakı kursa cəlb etdi, orada özü dərs verdi. Mirzə Dadaş Fərhad müəllimin təliminə əsasən yeni üsulla “Gövhəriyyə” məktəbində dərs deməyə başladı”.
II Müəllimlər qurultayında qurultayın qərarlarını icra edən komissiya seçilmişdi. Artıq bu zaman H.Məlikov bərk xəсtə olduğundan komissiyanın sədrliyinə M.Mahmudbəyov təyin edilmişdi. Fərhad Ağazadə, H.Mahmudbəyov, C.Axundov, M.Əfəndiyev, Abdulla bəy Vəlibəyov və digər bir neçə şəxs komissiyanın üzvü seçilmişdilər. Komissiya belə bir tədbir irəli sürmüşdü ki, rus-tatar məktəblərinə ana dili müəllimlərini imtahan yoluyla götürmək lazımdır. Çünki komissiya belə hesab edirdi ki, ana dili müəllimi həm həmin xalqın ədəbiyyatını və həm də dilin qrammatikasını bilməlidir. 1907-ci ilin 29 oktyabrında imtahan komissiyasının tərkibi müəyyənləşdirilir. 19 noyabrda imtahan komissiyasının üzvləri A.Əmircanova, M.Vəkilov, A.Həsənov, müəllimlər qurultayı nümayəndələri və rus-tatar məktəbi müdirlərindən F.Ağazadə, S.Axundov, A.Vəlibəyov, M.Əfəndiyev toplaşırlar. Onlar ərizə verənlərin ilk imtahanını noyabrın 23-nə təyin edirlər. Rus-tatar məktəblərində ana dilindən dərs demək üçün olan 4 yerə 12 nəfər müəllim ərizə vermişdi. Müvəfəqiyyətlə imtahan verən Ə.Mustafayev, A.İsrafilov, Y.Əliyev, V.İsmayılov işlə təmin edilir, İ.Səfərov isə yer olmadığından ehtiyatda saxlanılır. Arxivdə saxlanılan həmin imtahan protokolunu Fərhad Ağazadə imzalamışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, 1906 və 1907-ci illərdə çağırılmış müəllimlər qurultayı məktəblərdə tətbiq edilmək üçün tədris proqramı və proqramlar tərtib etmişdi. Qurultayın tədris planı və proqramları dövlət tərəfindən təsdiq edilməmişdi, amma Bakıdakı rus-tatar məktəblərinin müdirləri qurultayın tədris planı və proqramlarını əsas tuturdular. Bu barədə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktoru 1908-ci ildə Qafqaz Təhsil Dairəsinin popeçitelinə xəbər verir, tələb edir ki, “məktəblərdə hər kəsin öz istədiyi kimi etməməsi üçün”, “1907-ci il qaydası”na əlavə edilmiş tədris planını tətbiq etmək lazımdır.
Qurultayın tədris planına görə ana dilinə birinci şöbədə həftədə 8 saat, ikinci və üçüncü şöbədə 6, dördüncü şöbədə 7 saat verilmişdir. Rus dilini isə birinci şöbədə deyil, ikinci şöbədən tədris etmək nəzərdə tutulmuşdu: ona ikinci, üçüncü şöbədə 8, dördüncü şöbədə isə 7 saat vaxt verilirdi.
“1907-ci il qaydası”na əlavə edilmiş tədris planına görə birinci, ikinci şöbələrdə rus dili həftədə 12 saat, üçüncü, dördüncü şöbələrdə 10 saat, ana dili isə birinci, ikinci şöbələrdə 6 saat, üçüncü, dördüncü şöbələrdə 4 saat keçməli idi. Bu tədris planıнda şəriət dərslərinə də çox yer verilmişdi.
1908-ci ildə 4-cü “rus-tatar” məktəbində müdir işləyən Fərhad Ağazadə həmin tədris planının tətbiq edilməsinə qarşı qəti etiraz edir. O, Bakı şəhər duması məktəb komissiyası sədrinə məktub yazaraq, ana dilinə az saat verildiyinə etirazını bildirir. Rus dili şəriət dərslərinin artırılması müqabilində məktəblərdə müəllim ştatı verilməsini tələb edir.
Daha sonra digər rus-tatar məktəbləri müdirlərindən M.Mahmudbəyov və S.S.Axundov da Fərhad Ağazadənin tələbinə qoşulurlar. Belə ki, Bakı şəhər dumasının məktəb komissiyası 1907-ci ilin 1 noyabr tarixli tədris planını müvəqqəti olaraq tətbiq etmir.
1907-1908-ci illərdə Bakıda pedaqoji ictimaiyyət arasında baş vermiş hadisələrdən biri Həsən bəy Zərdabi Məlikovun vəfatı idi. O, II qurultayın hazırlıq işlərinə başçılıq etdisə də, xəstəlik və amansız əcəl qurultayın özündə iştirak etməyə ona imkan vermədi. H.Zərdabi 1907-ci ilin sentyabr ayında gözlərini əbədilik yumdu. Həsənbəyin dəfnindən bir il sonra “Dəbistan” jurnalı  səhifələrində Fərhad Ağazadənin “Həsən bəyin türk millətinə etdiyi xidmətləri” adlı dolğun məzmunlu parlaq bir məqaləsi çap edildi. Bu əsərdə müəllif Həsən bəyin həyat yolunu, onun qaynar, xalqının xoşbəxtliyi üçün mübarizələrlə dolu həyatını örnək hesab edərək, hamıya nümunə kimi çəkirdi.
1907-1908-ci illərdə Azərбайcан maarifçi-demokratları öz ürəklərinin sözünü cəsarətlə deyə bilir, görülmüş iшlərdən, Zərdabi kimi şəxsiyyətlərin həyatından ruhlanaraq yeri gəldikdə hətta dövlət məmurları ilə açıq-açığına hesablamırdılar. Lakin get-gedə çarizmin irtica siyasəti güclənir, tərəqqipərvər qüvvələr qurban verə-verə geri çəkilir, yaxud da mübarizə formasını dəyişməyə məcbur olurdular. Həmin hadisələrdən biri 1909-cu ildə Bakıda baş vermişdi. Bu da Fərhad Ağazadə və digər bir neçə müəllimin işdən çıxarılması və yaxud iş yerinin dəyişdirilməsi ilə nəticələndi.
Belə ki, yaz imtahanları zamanı xalq məktəbləri inspektoru ilə rus-tatar məktəbi müəllimlər arasında dövlət tərəfindən ana dilinə az saat verilməsi ilə əlaqədar olaraq mübahisə olur.  Həmin mübahisədə inspektor kobudluğa yol verib müəllimləri təhqir edir. 17 nəfər müəllim Qafqaz Təhsil Dairəsinə bu barədə etiraz teleqramı göndərir. Bakı müəllimlərinin bir qrupu mətbuatda çıxış edərək, bu məsələyə Bakı Dövlət Dumasının məktəb komissiyasında baxılmasını tələb edirlər. Komissiya məsələyə baxırsa da, müəllimlərin faydasına heç bir iş görmür.
1909-cu ilin 16 iyununda F.Ağazadə xalq məktəbləri inspektoruna ərizə ilə müraciət edərək, tətil vaxtını Vladiqafqazda keçirmək çün ona məzuniyyət verilməsini xahiş edir. İnspektor isə ərizəyə cavab olaraq yazır ki, Sizin mübahisə ilə əlaqədar olaraq məktəbdən çıxarılma məsələniz qaldırıldığına görə sizə məzuniyyət vermək olmaz”.
Doğrudan da, həmin mübahisə ilə əlaqədar olaraq bir neçə müəllim işdən çıxarılır. Fərhad Ağazadə 4-cü “rus-tatar” məktəbinin müdirliyini təhvil verməli olur. Elə həmin gün, 1909-cu il sentyabrın 1-də F.Ağazadə cəmiyyət məktəbi olan “Səadət”ə müdir müavini təyin edilir. Fərhad öz iş yerini dəyişsə də xalqa fayda vermək kimi müqəddəs amalını dəyişmir...
“Səadət” məktəbi həmin adlı dini cəmiyyət tərəfindən 1907-ci ildə yaradılmışdır. Həmin məktəbin məramnaməsində  göstərilir ki, məktəblərin az olmasını, digər tərəfdən mövcud məktəb proqramlarının islam əhalisinin ehtiyaclarına müvafiq olmadığını nəzərə alaraq belə bir məktəbi açmışlar. Proqrama görə “Səadət” məktəbinin məqsədi həkim, müəllim, mühəndis, hüquqşünas, texnik və s. Kimi milli kadrların hazırlanmasından ibarət olmuşdur. Lakin o, öz az fəaliyyəti müddətində məqsədinə nail ola bilməmişdir. “Səadət”də dərslər ana dilində keçirilirdi. Xarici dillərdən şərq dilləri (ərəb, fars) daxil olmaqla, almanca, fransızca, rusca öyrədilirdi.
1908-ci ildə “Səadət”in hələlik yalnız ibtidai sinifləri var idi. O zaman “Səadət” məktəbinin müdiri dövrünün məşhur alim-filosofu, yazıçı və ictimai xadimi Əlibəy Hüseynzadə idi. O, təbii ilhamla, dərin, geniş biliyə, qüdrətli qələmə sahib olmasına baxmayaraq, panislamist-pantürkist mövqe tuturdu. Buna görə də o zamanın tərəqqipərvər ziyalıları Əlibəyin müsbət keyfiyyətlərini qiymətləndirməklə, onun pantürkizmini kəskin tənqid edirdilər.
Fərhad Ağazadə “Səadət”ə müdir müavini təyin edilərkən, artıq Üzeyir Hacıbəyov orada rus dilindən dərs deyirdi. “Səadət” məktəbinin müəllimi Ü.Hacıbəyovun mətbuat səhifələrində rus dilinin təliminə aid açdığı müzakirələr təlim işinin yüksəlməsinə xеyli təsir göstərmişdi. O, bir bəstəkar kimi də “Səadət”də işlərkən tanınmağa başlanmışdır.
“Səadət” məktəbinin dini cəmiyyət məktəbi olmasına baxmayaraq, buradakı müəllimlərin çoxu mütərəqqi görüşlü ziyalılar idi. Onlar təlim zamanı öz görüşlərini şagirdlərinə də aşılayırdılar.  “Səadət” məktəbində istifadə edilən dərsliklərin bir çoxu rus-tatar məktəbində oxunan kitablar idi.
F.Ağazadə və Ü.Hacıbəyov “Səadət” məktəbində işləməklə bahəm ”Nicat” maarif cəmiyyətinin tədbirlərində yaxından iştirak edir, dövrün ən qabaqcıl adamları ilə yazışır - əlaqə saxlayır, ictimai fəaliyyətlərində Azərbaycan maarifinin, elm, ədəbiyyat və incəsənətinin inkişafına güclü təsir göstərirdilər. Onlar Əlibəy Hüseynzadədən fərqli olaraq panislamizm və pantürkizmindən olduqca uzaq idilər. Bir yerdə işləmələrinə baxmayaraq, mətbuat səhifələrində ideya ixtilaflarından irəli gələn mübahisələrə belə girişirdilər.
F.Ağazadə “Səadət”də işləməyə başlarkən böyük şöhrət qazanmış məharətli pedaqoq, metodist, ictimai xadim kimi tanınırdı. Bakıdan kənarda yaşayan bir sıra maarif xadimlərini qeyd edir, onunla həmfikir olduqlarını bildirirdilər.
F.Köçərli 5 dekabr 1908-ci il tarixli Bakıda A.Şaiqə yazdığı bir məktubunda Bakı müəllimlərinin məktəb dərslikləri yaratmaq işini təqdir edir və onlara bir sıra materialları da özü göndərəcəyinə söz verirdi. Hər zaman belə iş üçün kömək etməyə hazır olduğunu bildirərək yazırdı: “Baqi möhtərəm bəradərlərim Süleyman bəy Axundova və Süleyman bəy Əbdürrəhmanbəyova, Mahmudbəy Mahmudbə¬yo¬va, Fərhad bəy Ağayevə, Ağaəli bəy Qasımova və Sizə ərzi salamım var. Hər günə fərmayişatınız olsa, müzayiqə etməyəsiniz, bacardıqca cümləsinə əməl etməyi söz verirəm”.
Fərhad Ağazadə müxtəlif illərdə Firudin bəylə məktublaşmış, onun tənqid və nəsihətlərinə diqqtli olmuşdur. Köçərlinin Azərbaycan Милли EA Respublika Əlyazmaları Институтундакы arxivində rus dilində tərtib edilmiş siyahıdan ibarət dəftərdə F.Köçərli ilə yazışan müəlliflərin ad-soyadları, hər şəxsin göndərdiyi məktubun sayı vardır. F.Ağazadə Köçərliyə 10 məktub yazmışdır.
F.Ağazadə rus-tatar məktəblərində olduğu kimi “Səadət” məktəbində də təlim keyfiyyətinin yüksəlməsinə çalışmış, dərslərini həmişə maraqlı qurmağa səy etmişdir. O, bu məktəbdə riyaziyyat dərslərini (hesab, cəbr, həndəsə) aparmışdır.
Həbib Babayev Fərhad Ağazadənin “Səadət” məktəbindəki pedaqoji fəaliyyətindən bəhs edən aşağıdakı sözləri heç də təsadüfi qeyd etməmişdir. O, yazır: “Görkəmli Azrbaycan pedaqoqu Fərhad Ağazdə “Səadət” məktəbində işlərkən Lomonosovun fəaliyyətinin işıqlandırılmasına məşqələ həsr etmişdi”.
1909-cu ildə həkim və müəllim Nəriman Nərimanovu Həştərxana sürgün etdilər. O, 1911-ci ilədək həştərxanda qaldı, ictimai-pedaqoji fəaliyyətini orada davam etdirdi. Azərbaycan ziyalıları həmin illərdə tez-tez Həştərxana gedir, Nərimanovla görüşür, ondan məsləhət alırdılar. Fərhad Ağazadə də Pənah Qasımovla birlikdə həmən illərdə iki dəfə N.Nərimanovun yanına getmiş, onunla görüşmüşdür.
Fərhad Ağazadə Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinədək “Səadət” məktəbində çalışmışdır. O, yenə də dərslik tərtib etmək fəaliyyətini davam etdirmişdir.
1912-ci ildə “Ədəbiyyat məcmuəsi” adlı müntəxabat kitabı İsa bəy Aşurbəylinin “Kaspi” mətbəəsində çap edilir. Kitab ziyalıların böyük marağına səbəb oldu. Onun bir dərslik kimi yaradılmasını alqışladılar, amma mətnlərin dilindəki çətinliyi tənqid etdilər. Doğrudan da, kitabda daha çox osmanlı şair və yazıçılarının əsərlərinə yer verildiyindən osmanlı şivəsi üstünlük təşkil edirdi.
1912-ci ilin yayında Fərhad Ağazadə Şuşaya gedir. Onun səhhəti o qədər də yaxşı deyildi. Sağalmaq və istirahət etmək məqsədi ilə səfalı Turşsuda dincəlir. Biz bu barədə Cəlil Məmmədquluzadənin “Xatirələr”indən aşağıdakı sətirləri oxuyuruq: “Oranın (Turşsuyun - Ə.A.) çimməli mədən suları, gözəl təbiəti və ölü dirildən ab-havası vardır... Müəllim Fərhad Ağazadə və Yusif Əliyev ilə mən orada rastlaşıb tanış oldum”.  (1912-ci ilin yayı nəzərdə tutulur – Ə.A.).
 1914-cü ilin aprel ayında “Dirilik” jurnalında Mahmud adlı müəllifin  Kazım oğluna  “Ədəbiyyat məcmuəsi” adlı məktubu çıxır.  Jurnalın 5-ci nömrəsində isə məktubun mabədi verilir.  Müəllif kitabdakı bəzi sözləri əvvəllərdə nəşr edilmiş “İkinci il” və “Yeni türk əlifbası” kitablarındakından tamamilə başqa cür yazıldığını göstərib, onun redaktorunu tənqid edir.  Həmçinin Vaqifin, Seyd Əzimin, Zakirin əsərlərindən nümunələrin kitaba salınmadığıны təəssüf hissi ilə qeyd edirdi.
“Dirilik” jurnalında həmin ilin 11, 13, 16-cı nömrələrində Kazım oğlunun Mahmuda cavab təriqilə “Ədəbiyyat məcmuəsi” adı altında iri həcmli məqaləsi çap edilir. O, yazır: “Ədəbiyyat məcmuəsi” məktəb kitabı olduğundan bizim üçün əhəmiyyəti çox-çoxdur.
Kitabın digər müsbət cəhətlərini göstərdikdən sonra Kazım oğlu da məcmuədəki şeir və hekayələrin dilini məktəb uşaqları üçün anlaşılmaz olduğunu qeyd edir. Müəllif, kitabın ikinci nəşrində göstərilən nöqsanların aradаn qaldırılacağına ümid edir. Lakin Fərhad Ağazadə “Ədəbiyyat məcmuəsi”ni bir daha nəşr etdirmədi. Çünki dil xətaları kitaba salınmış bədii parçaların müəllifləri tərəfindən edilmişdi. Həmin parçalar çıxarıldıqda müntəxabat öz-özündən yox olurdu.
1914-cü ildə I Dünya müharibəsi başlayır. Fərhad Ağazadə müəllim Y.Əliyevlə birlikdə müharibə edən dövlətlər haqqında kitabçalar yazıb nəşr etdirmək qərarına gəlirlər. Az keçməmiş Fərhad Ağazadənin “Firəngistan” adlı kitabı Orucov qardaşlarının elektrik mətbəəsində çap edilir. Müəllif kitabı yazarkən Fransa haqqında verəcəyi məlumatları E.Sno, B.Kmşenetsk, E.Rekl, Qrubbe, Vodovozovun rus dilində olan mənbələrindən iqtibas edir. Fransanın “tarixi, ictimai-siyasi, iqtisadi, üsul-idarəsi, maliyyəsi, əskəriyyəsi” haqqında məlumat verir. Müəllif oxucuların diqqətini daha çox Fransadakı inqilabi mübarizələrə, kəndli hərəkatına cəlb edir. Parisin gözəlliyiни, Eyfel qülləsinin möhtəşəm görkəmini, Parisdə açılmış ümumdünya sərgisinin rəngarəngliyini və sair diqqətəşayən cəhətləri məhəbbətlə təsvir edir. Müəllifin müharibə törəndənlərə nifrəti, onları insanlıq və həyat düşməni hesab etdiyi açıq-aydın hiss edir. O, qəhrəman fransız qızı Janna Darkın cəsur mübarizəsindən xüsusi söhbət açır. Sanki oxucularını onun kimi olmağa çağırır. Müəllifin öz fikirlərini, münasibətini bildirmək üçün 1912-1914-cü illərdə digər çarəsi yox idi. 1905-1907-ci illər çox-çox arxada qalmışdı. İrtica Rusiyanı qara kölgə kimi elə bürümüşdü ki, daha heç kəs öz sözünü açıq deyə bilmirdi. Təssüf ki, “Firəngistan” və “Belçika” kitabçalarının nəşrindən sonra bu cür kitabçaların nəşri qadağan edildi.
1917-ci ilin fevral burjua demokratik inqilabından sonra yaranmış Müvəqqəti hökumət öz 8 aylıq hökmranlığı dövründə Rusiyanın heç bir guşəsində xalq maarifi işini yaxşılaşdırmadı. 1918-ci il aprelin 25-dən iyulun 31-dək ömr sürən Bakı Xalq Komissarları Soveti, demək olar ki, məktəblərin yay tətili dövründə fəaliyyət göstərdi. Azərbaycan Demokratik Cumhuriyyəti (31 iyul 1918 - 28 aprel 1920) təhsil işinin məzmununa milli istiqamət verdi.
ADR hökumətinin orqanə olan “Azərbaycan” qəzetini vərəqlərkən görkəmli bəstəkar və publisist Üzeyir bəy Hacıbəyovla birlikdə F.Ağazadənin də geniş publisistik fəaliyyət göstərdiyini müəyyənləşdiririk. F.Ağazadə bir sıra tərəqqipərvər Azərbaycan ziyalıları kimi, ADR hökumətini milli Azərbaycan hökuməti kimi qarşılayaraq ondan zəhmətkeş kütlənin xeyrinə, xalq maarifi mənafeyinə yeni işlər, qərarlar gözləyirdi. Ona görə də öz məqalələrində proqram, dərslik, məktəb məsələlərinə geniş yer verir, Azərbaycanda xalq maarifinin vəziyyətini kəskin tənqid edir, onu yaxşılaşdırmaq yollarını göstərirdi. “Bakıda xalq məktəbi müdirlərinin yığıncağı”,  “Qırmızı qan və qara mürəkkəb”,  “Edadiyyələrdə ərəb lisanına ehtiyac vardırmı?”  və s. мəqalələrində məhz bu mühüm məsələlərdən bəhs edilirdi. Fərhad Ağazadə ADR hökumətindən müzakirələr əvəzinə, əməli işlər görərək nəticələr almağı gərəkli sayırdı: “İki gündür ki, Azərbaycan camaаt məktəblərinin maarif nəzаrəti dəvəti ilə Bakıya yığılıb məkatib məsələləri müzakirəsilə məşğuldurlar. Bu, bir ağır vəzifədir, çünki məktəblərimizin halı çox pərişan olduğu üçün də müalicəyə möhtac bir çox dərdləri vardır... müzakirəyə qoyulacaq o qədər məsələlər vardır ki, yığıncağın müddəti tamam bir il də çəksə bunların öhdəsindən gələ bilməz...”
Edadiyyələrdə ərəb dilini geniş proqramla tədris etməyin əleyhinə çıxan Fərhad Ağazadə göstərirdi ki, “ məktəblərimizin onsuz da ağır proqramını daha yeni bir lisan əlavəsi ilə qalınлaşdırmağın heç mənası yoxdur”.
Fərhad Ağazadə həm bir müəllim kimi “Səadət” məktəbində, həm də qəzet səhifələrində fəaliyyətini davam etdirir. 1918-1920-ci illərdə 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Demokratik Cümhuriyyəti təhsili milliləşdirməklə maarifpərvərlərin çoxdankı arzularını yerinə yetirməyə başladı. F.Ağazadə 1918-ci ildə erməni gülləsindən yaralanıb, xeyli müalicə ilə məşğul oldu. Bununla yanaşı o zaman ADR ideyalarını yayan “Azərbaycan” qəzetində ali təhsilin, orta-ixtisas təhsilinин təşkili və milli tərbiyə məsələlərinə aid məqalələrlə çıxış edərək, təşəbbüs və təkliflərini irəli sürdü. 1920-ci ildən sonra yenidən coşqun pedaqoji yaradıcılıq fəaliyyətini davam etdirdi. Çünki Sovet hakimiyyəti 20-ci illərdə ADR ideyalarını həyata keçirməyə çalışırdı. Lakin 1930-cu illərdə milliləşmə yerinə sovetləşmə və ruslaşdırma önə keçərək milli ruhlu ziyalıların repressiyası ilə nəticələndi. F.Ağazadə 1931-ci ildə dünyasını dəyişməsəydi, heç şübhəsiz o da repressiya qurbanlarından biri olacaqdı.
1920-ci ilin 28 aprelində Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra yeni tədbirləri həyata keçirmək üçün təcrübəli, məşhur Азярбайcан pedaqoqlarının gücündən istifadə eдилмяйя başlaнылır. Onlardan bir çoxu Xalq Maarif Komissarlığında məsul vəzifələr tutur, bir çoxu isə proqram tərtib etmək, dərslik yazmaq, yeni məktəblər təşkil etmək və sair işlərdə praktiki fəaliyyət göstərirlər. Fərhad Ağazadə də məhz praktiki fəaliyyət göstərənlərdən idi. Lakin o, təkcə bu işlərlə kifayətlənməyib ictimai-jurnalistik fəaliyyətini davam etdirirdi. Belə ki, Fərhad Ağazadə “Kommunist” qəzetində məktəb və tərbiyə məsələləri üzrə şöbəyə rəhbərlik üçün redaksiyaya işə dəvət edilir.  O, ayağının xəstəliyinə və zəifliyinə baxmayaraq, bu dəvəti məmnuniyyətlə qəbul edir və işə başlayır.
O, qəzet səhifələrində müxtəlif məzmunlu məqalələr dərc etdirir. “Kommuna və Azərbaycan köçəriləri” (№10), “Qəsəbə, kənd və şəhərlərin yenidən təsisi” (№31), “Kəndlərin, bağların builki halları” (№53), “Statistik məsələsi və Şərq millətləri” (№ 54, 58) və s. məqalələrini 1920-ci ildə yazır. O, məqalələrinə hələ 1905-ci ildən başlayaraq müxtəlif imzalar qoymuşdur. Onun ən çox işlətdiyi imzalar Fərhad Ağayev, müəllim Fərhad Ağayev, F.A. , Fərhad Ağazadə, Şərqli, F.Ağayev olmuşdur. 1920-ci ildən sonra isə o, bir sıra məqalələrini Çolaq imzası ilə imzalamışdır.
Fərhad Ağazadə 1921-ci ildən başlayaraq 14 il əvvəl qaldırdığı əlifba məsələsinə yenidən qayıdır.
“Kommunist” qəzetinin 1921-ci il 227, 229, 232, 237, 235, 236-cı nömrələrində müzakirə təriqi ilə “Əlifbanın dil yanlışlıqlarına təsiri” adlı iri həcmli elmi məqaləsini çap etdirir. Məqalədə ərəb hərflərinin Azərbaycan dilinə yaramadığı bir daha sübut edilir. Müəllif latın qrafikası əsasında yeni əlifba qəbul etməyi təklif edir. O, yazırdı: “buyurulsun: 7 yaşından başlayaraq on beş ilin ərzində, yəni iyirmi iki yaşında alman və rus cavanları darülfünуnу qurtarmış olurlar, hətta bəziləri iki fakültə bitirmiş olurlar. ərəb əlifbasına möhtac qalmış olan bizim tələbələrimiz isə mədrəsə gücündə çürüyüb yalnız ərəb dilini belə dərk edə bilmirlər. Bunun səbəbi nədir? Odur ki, ərəb əlifbası korşdur və korş olduğu üçün də cocuqlarımızın əqli korlaşır. Zehinləri qaranlıqlaşır. Hərgah yüz minlərlə məktəbləri atıb savadsız qalanlarımız varsa, bunların hamısının günahı əlifba çətinliyindədir”.  Sonra müəllif ərəb əlifbasının ərəb dilinə uyğun olaraq yaradıldığını, həmin əlifbanın xarakterik xüsusiyyətlərini elmi faktlarla izah edərək, Azərbaycan dilinə heç cür yaramadığını göstərir. O, hər bir hərf üzrə tədqiqat aparıb, nöqsanlarını bəyan edir.
Az sonra Ağamalı oğlu latın əlifbasının ərəb əlifbasından üstünlüyündən və xalqı qısa müddətdə savadlandırmaq üçün çox faydalı olmasından bəhs edən bir məqalə “Бакински рабочи” qəzetində çıxış etdi.
Azacıq fasilədən sonra Fərhad Ağazadə yenə “Kommunist” qəzeti səhifələrində “Əlifba məsələsi əvvəlcə Azərbaycanda doğulduğu kimi yalnız orada da həll ediləcəkdir” (1921-ci il, № 262), “Türk əlifbasını islah etmək olarmı?” (1922-ci il, № 3/ 266), “Türk əlifbasının islahı mümkündürmü?” (1922-ci il, № 4/267/5/268) adlı dərin elmi məzmun daşıyan əsərlərlə çıxış etdi. Qaldırılmış əlifba məsələsini Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Ağamalı oğlu kimi digər partiya və dövlət xadimləri də müdafiə edirdilər.
1921-ci ilin dekabr ayında hər həftənin beşinci günü Nəriman Nərimanovun təşəbbüsü ilə disput keçirilir. Orada əlifba və dil məsələsi ətraflı müzakirə olunur.
1922-ci il yanvarın 6-da yenə də N.Nərimanovun təklifi ilə çağırılan digər yığıncaqda əlifba və dil məsələsi bir daha geniş müzakirə olunur. Müzakirə zamanı çıxış edən natiqlərin çoxusu ərəb əlifbasını dəyişdirməyi, bir neçəsi isə islah etməyi lazım bilir. Bununla əlaqədar olaraq iki komissiya – “latınçılar” və “ərəbçilər” komissiyası meydana gəlir.
1922-ci il iyul ayının 21-də Azərbaycan Mərkəzi İcariyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi təşkil edilir. Komitəyə S.Ağamalı oğlu, Məlik Aslanov, Nepinov və Ağazadə seçilirlər.
Elə 1922-ci ildə Azərbaycanın müxtəlif yerlərində komitənin 12 şöbəsi yaradılır.
1923-cü ildən isə YƏK-nin şöbələri Azərbaycandan kənarda da meydana çıxır: Gürcüstanda, Ermənistanda, Aşqabadda şöbələr yaradılır. 1924-cü ildə isə Dərbənd, Qroznı və Simferepol şəhərlərində də Azərabaycan YƏK-nin şöbələri təşkil edilir. Latınçılar dəstəsinin başında dayanan Fərhad Ağazadə az müddət ərzində latınçıların tərtib etdiyi layihəni Yeni Əlifba Komitəsinə təqdim edir. O, elə həmin il (1922-ci il) “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” adlı iri həcmli elmi əsərini yazır. Görüşlərdə və yığıncaqlarda, ayrı-ayrı şəxsiyyətlərlə yazışmalarda latın qrafikası əsasında yeni əlifba tərtib etməyin üstünlüklərini şərh edir. Məsələn, o, 1922-ci ilin 23 fevralında Əbdürrəhim bəy Haqverdiyevin ədəbi fəaliyyətinin 30 illiyi münasibəti ilə yazdığı təbrik məktubunda əlifba uğrunda çalışmağın nəcibliyinə çox ustalıqla toxunub yazır:
“Yoldaş Əbdürrəhim bəy!
Bu gün otuz ildir ki, Azərbaycan türklərinin səhnəsində çalışırsınız. Ustadi-möhtərəmin olan Mirzə Fətəli Axundovun səhnəmizdə tərbiyələndirib meydana gətirdiyi şagirdlərin ən böyüyü Sizsiniz- desək yanılmamışıq zənnindəyik. Mirzə Fətəli Axundov birinci teatr əsərini yazarkən əlifbamızın nöqsanlarını düşündü. Arzu edərdik ki, ustadi-möhtərəmin müqəddəs amalını qövlən və felən intişar etməkdə mürşidinizdən geridə qalmayıb, səhnəçilik fəaliyyətinizdə daha da müstəqim, daha da ciddiyyətlə çalışasınız, əfəndim.
Latınçılar Komissiyasının sədri:
Fərhad Ağazadə.
28 fevral 1922-ci il”.
Doğurdan da, Ə.Haqverdiyev ərəb əlifbasına qarşı mübarizədə səy göstərməyə çalışmışdır. O, 1928-ci ildə yazdığı “Mirzə Fətəli və ərəb əlifbası” adlı məqaləsində bu məsələyə toxunur.  1922-ci ildə Azərbaycan Birinci Dövlət Kişi Pedaqoji İnstitutunda təhsil almış qocaman müəllim Feyzi Məmmədzadə “Unudulmaz görüşlər” adlı xatirəsində aşağıdakı maraqlı faktı qeyd edir: “Bir gün rektorluq tərəfindən bütün fakültələrə xəbər çatdırıldı ki, Cəlil Məmmədquluzadə və onun sənətkar yoldaşları ilə görüş olacaqdır. Axşam saat 4-5 radələrində Mirzə Cəlil, Abdulla Şaiq, Ə.Haqverdiyev, M.S.Ordu¬badi, Fərhad Ağazadə və başqaları instituтуmuza gəldilər. Bu tədbir Aзərbaycan Xalq Komissarlar Şurasının sədri N.Nərimanov yoldaşın şəxsi tapşırığı ilə həyata keçirilirdi. Onlar bizimlə səmimi görüşdülər. Sonra yığıncaq oldu. Təcrübəli müəllim Fərhad Ağazadə “Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” Adlı böyük elmi məruzə oxudu. Məruzə dinləyicilər tərəfindən diqqətlə dinlənildi”.
Ərəbçilər elə bir mühüm iş görə bilmədiklərindən müvəffəqiyyət qazanmadılar.
Təşkilat, elmi-tədris və nəşriyyat şöbələrindən ibarət olan Yeni Əlifba Komitəsi tərtib etməli, yeni əlifba ilə dərsliklər, jurnal və qəzet nəşrini başlamalı və bu əlifbanı xalq arasında geniş yaymalı idi.
Komitənin 1922-ci il 27 avqusт tarixli iclasında xüsusi qəzet buraxmaq məsələsi müzakirə edilir. 1922-ci il sentyabrın 22-də Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq “Yeni yol” adlı qəzet latın əlifbası əsasında düzəldimiş yeni əlifba ilə çıxmağa başlayır.
1922-ci ildə Fərhad Ağazadəni Yeni Əlifba Komitəsində işləməyə dəvət edirlər. O, “Kommunist” qəzeti redaksiyasından çıxıb  Komitəyə gəlir. Komitədə çalışmaqla bərabər, “Yeni yol” qəzeti nəşr edildiyi müddяtdə bu qəzetin məktəb, maarif məsəlяlяrinə rəhbərlik edir.
1922-ci ildя F.Ağazadə S.Axundzadə вə M.C.Məhəmmədzadə ilə birlikdə “Yeni Türk əlifbası” adlı dərsliyini yazıb nəşr etdirir. Bu dərslikdə əlifbanın öyrədilməsi ilk dəfə olaraq latın qrafikası və ərəb əlifbasında – paralel sürətdə aparılır. Bütün hərflər öyrədildikdən sonra verilmiş oxu mətnləri yalnız latın qrafikası əsasında tərtib edilmiş əlifba ilə çap edilmişdi. Müəlliflərin əsas məqsədi yeni savadlananlara latın əlifbasını öyrətməkdən ibarət idi.
1923-cü ildə Fərhad Ağazadə Şərqlinin “Nə üçün ərəb hərfləri türk dilinə yaramır” adlı elmi kitabı ərəb əlifbası ilə nəşr edilib geniş yayılır. Müəllif kitabında ərəb əlifbasının yaradılması, intişarı, qüsurları və o qüsurları düşünənlərin əsərlərinin təhlilini vermiş, Azərbaycan dilinə latın əlifbasının daha çox uyğun gəldiyini göstərmişdir. əsərdə köhnə təlim üsulları, ərəb əlifbasının tədris işini çətinləşdirilməsi faktları da elmi şəkildə izah edilir. Müəllif əsəri yazarkən 73 mənbədən istifadə etmişdir ki, bunların sırasında yalnız rus və Şərq alimlərinin əsərləri deyil, eləcə də dünya alimlərindən bir çoxunun əsəri vardır.  
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Şurası 1923-cü ildən başlayaraq ərəb əlifbası ilə bərabər yeni əlifbanı da rəsmi olaraq dövlət əlifbası kimi qəbul etmək haqqında dekret verir.
Fərhad Ağazadə 1923-cü ildə “Kommunist” qəzetində dərc etdirdiyi “Böyük inqilab və Yeni əlifba”  adlı məqaləsində Böyük Oktyabr sosialist inqilabının rolundaн, xalqлара savad, mədəniyyət, elm, bilik, mənəvi sərvət gətirməsindən danışır. O, yazırdı ki, bizdən qabaqda ərəb hərflərinin mənasızlığını, adamları  kor qoyduğunu ifşa etmiş, onu aradan qaldırmaq yolunda чalışmışlar. Lakin heç bir nəticə əldə edilə bilинməmişdir. Çünki bu yolda inqilab lazım идi. Həyat yollarına işıq saçan, beyinləri nurlandıran bir inqilab. Oktyabr inqilabı indi yeni əlifba məsələsinш canlandırmış, ona həyat vermiş, uğуrlu yol açmışdır.
Fərhad Ağazadə mədəni inqilabda bütün gücü ilə iştirak edirdi. O, hər vasitə ilə savadsızlığın ləğvinə şalışırdı. Yeni əlifbanı geniş yaymaq üçün onun xalq maarifi sahəsində daha geniş tətbiqinə nail olmağı lazım bilirdi. Ona görə də 1924/25-ci tədris ilindən başlayaraq birinci dərəcəli məktəblərdə tədrisi yeni əlifba ilə aparmağı təklif edirdi. O, zamanının hər hansı mühüm hadisəsindən istifadə etməyə çalışır, hamının yeni əlifbanın tezliklə məktəblərdə yer tutmasına kömək etməyə çağırırıdı. Bu cəhətdən F.Ağazadənin 1925-ci ilin martında çağırılmış Azərbaycan Sovetlərinin IV qurultayыna məktubu daha xarakterikdir. Bu məktubunda o, Azərbaycanın hələ çox ehtiyacları olduğunu söyləйir. Lakin“savadsızlığı aradan qaldırmağı”ən vacib şərt kimi qarşıya qoyur. Bunun üçün o yazır: “Dəfələrlə sübut edilmişdir ki, milyonlarca camaatın savadsızlığını təkcə ləğv etmək üçün hasan öyrənişli bir əlifbaya ehtiyac var.
Yeni türk əlifbası ən hasant bir əlifbadır ki, 1-2 ayda öyrənilir.
Siz traktor əvəzinə xışı, elektrik əvəzinə şamı, ya çırağı.... təklif etməyəcəksiniz.
Əminəm ki, hasant əlifba əvəzinə də чətin əlifbanı təklif etməzsiniz....”  daha sonra müəllif yeni əlifbanın məktəblərə tətbiq edilməsini qəbul etməyi qurultaydan xahiş edir.
IV Sovetlər qurultayı yeni əlifbanın I dərəcəli məktəblərin ilk qrupundan başlayaraq hər il növbəti qrupa keçmək şərtilə tədrisdə həyata keçirilməsi haqqında qərar qəbul etdi. Bu hal 1929-cu ilədək davam etdi. 1929-cu ilin 1 yanvarından xüsusi dekretlə hər yerdə yeni qəbul edilmiş əlifbaya keçirildi. Beləliklə, ərəb əlifbası bir dəfəlik aradan qaldırıldı.
1926-cı ilin əvvəllərində Fərhad Ağazadənin YƏK-nin 1922-ci ilədək olan fəaliyyətini əks etdirən bir kitab çapdan çıxır. Kitab “История возникновения и проникновения в жизн идеи нового тюркского алфавита в АССР”  adlanırdı. Həmin əsər sözönü və nəticə ilə birlikdə səkkiz bölmədən ibarətdir. Müəllif kitabında hazırlıq və yeni türk əlifbasının işlənib hazırlanmasından, yeni əlifbada dərslik tərtibindən, yeni əlifbanın yayılması üçün götürülən tədbirlərdən: təbliğat, kurslar, müəllimlərin fəaliyyətindən, yeni əlifbada qəzet nəşrindən, mətbuatın və müxtəlif müəssisələrindən rolundan danışır. Eləcə də Azərbaycan dövlət məktəblərində yeni əlifbanın tədrisi məsələsinə toxunur. Kitabın ümümi ruhundan hiss edilir ki, müəllif yeni əlifba məsələsinin böyük, çətin və şərəfli bir pedaqoji məsələ olduğu dərk edərək, həmişə pedaqoji prinsiplərə sadiq qalır. İstər əlifba tərtibində, istərsə də “Əlifba” kitabının hazırlanmasında, yaxud yeni əlifbanı həyata keçirtmək üçün açılmış kуrslarda və s. əlaqədar işlərdə pedaqoji tələbatı baş planda götürür. Ona görə də kitabında xüsusi olaraq qeyd edir ki, “Gələcək əlifbada hərflərin xarici görkəminin adiliyi, elementlərin sadəliyi, hazırki əlaqəsi və Azərbaycan dilindəki mövcud səsləri ifadə etməsi kimi pedaqoji prinsipə əməl edilməsi Komitet tərəfindən tələb edilirdi.
Hər bir layihədən yuxarıda xatırlanan tələbə uyğun gələn hissə götürülürdü”.
Sonra müəllif bir-bir hərflərin təhlilini verir. Adlanması və düzülüşünün köhnə ərəb əlifbasından köklü surətdə fərqləndiyini göstərir. Yeni türk əlifbası kitabda verilir.
Müəllif yeni əlиfbada savadsızlığın ləğvi məsələsinə xüsusi diqqət yetirir. Kitabda bu barədə xüsusi cədvəllər vardır. İlk illərin zəhmətinin bəhrəsini göstərən “Yeni türk əlifbasında savadsızlığın ləğvi”ni əks etdirən cədvəl daha maraqlıdır.




Bakı və rayonları
Azərbaycanın uyezdlərində Azərbaycandan kənarda
C Ə M İ

Kurslar
 
Təlim alanlar

Kurslar
Təlim alalar
Kurslar
Təlim alanlar
Kurslar
Təlim alanlar
1922 22 560 6 160 3 80 31 800
1923 96 2400 16 400 6 148 118 2948
1924 108 2714 70 1786 13 322 191 4822
1925 211 5275 168 7382 94 3547 573 16204
CƏMİ 437 10949 360 9728 116 4097 913 24774

Fərhad Ağazadə kurslara baş çəkir., müяllimlərlə söhbət aparır, onları təlimatlandırırdı.
Azərbaycan Yeni Əlifba Komitəsinin fəaliyyəti nəinki Sovetlər İttifaqı, hətta dünya üzrə diqqət mərkəzində dayanırdı.
1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda türk mədəniyyət sarayında keçirilən I Türkoloji qurultay YƏK-nin işinə daha güclü təsir göstəрdi. Ağamalı oğlunun sədrliyi altında keçən bu qurultayda ictimai və elmi idarələri təmsil edən 111 nümayəndə iştirak edirdi. 20 nəfər xaricdən, qalanlar İttifaqımızın tür-tatar respublikaları və muxtar vilayətlərdən idi. Akademik Bartold, Ubeydulin, Berazdin, Rudenko, Cursin, Malov, Samolyoviç, Aşmarin, Körpülüzadə, Ə.Hüseynzadə, Poppe, Qenko, Açaryan, Çobanzadə, Zifeldt, Zeynallı, Odabaşı, Bayturusun, Şerba, Alimcan İbrahimov, Turukulov, Məmmədzadə, Yakovlev, Jirkov, Ağazadə, Pavloviç, Oldenburq və başqaları müxtəlif məzmunda məruzələr etdilər.
Çiçerin və akad. N.Y.Marr qurultayı təbrik etmişdi.
Qurultayın mart ayının 1-dəki altıncı səhər iclasında F.Ağazadə “Türk dil-lərinin orfoqrafiyası” mövzusunda geniş məruzə ilə çıxış edir.  O, bu məru¬zə¬si¬ni fevralın 5-dəki müəllimlər konfransında da oxumuşdu.
F. Ağazadə öz məruzəsində tələb edirdi ki, türk dilinin bütün kəlmələri, o cümlədən bu dilə daxil olmuş ərəb sözləri də vahid yazı qaydalarına tabe olmalıdır. O, göstərir ki, türk dili üçün yazıda fonetik prinsipi əasa götürmək daha əlverişlidir. Çünki fonetik prinsip tələffüsə əsaslanır. Burada sözlərin heca quruluşunu da unutmamalıdır. Deməli, bundan sonra ərəb dilinin fonetikası yazı qaydalarına aid xüsusiyyətlərini itirir və dilimiz türk fonetikasının əsas tələblərinə tabe olur.
O, türk–tatar aləmindəki 3 əlifbanın müqayisəsini verərək qeyd edir ki, ərəb əlifbası (dəyişilməmiş şəkildə) türk dilinin fonetik tələblərinə qətiyyən uyğun deyildir. İslah edilmiş ərəb əlifbası isə bu tələbləri tamamilə təmin etmir. Azərbaycanda qəbul edilmiş yeni əlifba isə fonetik yazı tələblərini tamamilə təmin edir. Deməli, bu barədə yeni əlifbanın müsbət cəhətləri var və yazı qaydası məsələsində bu və ya digər rol oynayır. Bu əlifba sözləri bir sətirdən başqa sətrə keçirmək onları hecalara ayırmaq imkanı verir. Uşaqların düzgün oxumalarını təmin etmək üçün səslilər üzərinə vurğu işarəsi qoymaq imkanı verir və s. Yeni türk əlifbasında fonetik prinsipə əməl etmək üçün hər cür imkan vardır.
Əlifba və orfoqrafiya məsələsi qurultayda geniş mübahisəyə səbəb olur. Lakin yeni əlifbaçılar qələbə çalırlar. Qurultay 7 səsə qarşı 101 səs əksəriyyəti ilə yeni əlifbanın həyata keçirilməsi haqqında qərar qəbul edir. Bu hadisə yeni əlifbanın inkişaf və möhkəmləndirilməsi tarixində yeni bir dövrü təşkil edirdi.
Türkoloji qurultayıн gördüyü iş dünyanın bir sıra ölkələrində böyük maraq doğurmuşdu. Qurultayda iştirak etmiş alman şərqşünas-türkoloqu professor Teodor Mensel alman dilində “Der 1 Turkologishe kongressin, Baku” (“Bakıda 1-ci türkoloji qurultayı”) adlı əsər çap edilmiş məruzələri dərc etmişdir.
1927-ci ildə Ümumittifaq Yeni Türk Əlifba Komitəsi yaradıldı. Ümumittifaq Komitəsinin də Türkmənistan, Özbəkistan, Başqırdıstan, Dağıstan, Qazaxıstan, Karakalpaq, Qırğızıstan, Krım, Şimali Qafqaz, Tacikistan, Yakutiya və s. Yeni Əlifba komitələri vardı. İİYƏK-si müxtəlif yerlərdə konfrans və plenumlar keçirirdi. F.Ağazadə də YİYƏK-nin elmi əməkdaşı kimi komitənin tədbirlərində iştirak edir və Azərbaycan YƏK-nə rəhbərlik edirdi. Ağamalı oğlu UİYƏK-nin sədri idi. Belə ki, F.Ağazadə 1927-ci ilin yayında Moskvada UİYƏK-nin təşkil etdiyi kursda mühazirə oxuyaraq, müttəfiq respublika və vilayətlərdə yeni əlifbanı yaymaq üçün kadrlar hazırlanmasında yaxından fəaliyyət göstərmişdir. Kazanda, Xarkovda, Krımda, Daşkənddə, Mahac-Qalada və digər yerlərdə keçirilmiş tədbirlərdə UİYƏK-nin elmi əməkdaşı kimi iştirak etmişdir.
UİYƏK-nin elmi şurasına
1. Akademik Samoyloviç,
2. Professor Çobanzadə,
3. Professor Miller,
4. Polivanov,
5. Jirkov,
6. Məlik Aslanov,
7. Ubaydullin,
8. Yakovlev,
9. Poppe,
10. Freyman,
11. Yudaxin,
12. Yoldaş Yukmanov,
13. Ağazadə,
14. Zifeld daxil idi.
F.Ağazаdə ömrünün sonunadək UİYƏK-də fəaliyyət göstərmişdir.
1927-ci ildə “Материалы по унифакачии проектов нового тюркского алфавита”, 1928-ci ildə isə Q.Qaraqaşlı ilə birlikdə “Очерк по истории развития движения нового алфавита и его достижения” kitablarını nəşr etdirmişdir. Kazanda nəşr edilmiş bu son kitab müəllifin yeni əlifba hərəkatının marksist təhlilini verən ən dəyərli əsəri hesab etmək olar. O zaman Kazanda buraxılan “Красная Татария” qəzeti Ars. imzalı bir müəllifin həmin kitab haqqında yazılmış “Истории нового тюркского алфавита” adlı məqaləsini çap etmişdir. Müəllif məqalədə yazır: “Kitab iki qeyri-bərabər hissəyə ayrılır. Kitabın üçdə ikisini təşkil edən I hissədə F.Ağazadə ərəb əlifbasının və latınlaşdırma ideyasının inkişafı tarixdən bəhs edir, hansı ki, praktik olaraq ilk dəfə Azərbaycanda meydana çıxmışdır. F.Ağazadə tərəfindən ciddi, kəskin, məsələyə dərin bələdliliklə yazılmış oçerk böyük maraqla oxunur. Elmi və tarixi faktların müvəfəqiyyətlə seçilməsi və canlı ifadəsi oxucunun müdafiəsini asanlaşdırır.
Ümid edirik ki, Fərhad Ağazadənin həmin oçerki yaxın zamanlarda yenidən nəşr ediləcəkdir”.
Artıq beş ildən artıqdır müddətdə Azərbaycanda N.Nərimanov, F.Ağazdə, S.Ağamalı oğlu və digərləri tərəfindən müdafiə edilib həyata keçirilən yeni əlifbası ideyası 1927-ci, 1928-ci illərdə Türkiyə mətbuatında da özünə geniş şəkildə meydan tapır. O zamanlar Mustafa Kamal paşa Atatürkün başçılıq etdiyi Türkiyə respublikası Sovet dövləti ilə dostluq münasibətində idi.
Türkiyənin “Millət” və “Akşam” qəzetləri Azərbaycandakı yeni əlifba ideyasını yayırdılar. Türkiyənin bir çox yeni əlifba tərəfdarları (Yakub-Kadri, Vakıt, Rifki və s.) öz məqalələrində yeni əlifbaya keçməyi tərəqqiyə atılan addım kimi qeyd edirdilər. Türkiyə hökuməti də əlifbanı dəyişmək tərəfdarı idi.
Dünya mətbuatı, xüsusilə fransız və ingilis qəzetləri Şərqdəki bu böyük hadisəyə tez-tez materiallar həsr edirdilər.
Fransız qəzeti “Tan” 1926-cı ilin 20 martında yazırdı ki, Zaqafqaziya xalqları arasında və Orta Asiyada yeni əlifba hərəkatı inkişaf etməkdədir. Bakıda yeni əlifba üzrə “Komitet” fəaliyyət göstərir. Bu komitə latın şriftləri ilə gündəlik “Yeni yol” adlı qəzet buraxır, dərslikləri və digər ədəbiyyatı çap edib yayır. Artıq Qafqaz məktəblərində yeni əlifba ilə dərs keçilir, azərbaycanda pasportu yeni şriftlə çap edirlər. Bütün bunlar sübut edir ki, islahat artıq nəzəri düşüncələr çərçivəsindən çıxmışdır. Və bu Asiyada  elmi və əqli inkişafın tarixində böyük tarix olacaqdır. Məhz F.Ağazadə belə bir böyük mütərəqqi hadisənin bütün Asiyada yaradıcılarından biri olduğu üçün bu barədəki Dünya mətbuatını diqqətlə izləyirdi.
İngilis qəzeti “Tayms” 1928-ci ilin 28 aprelində “Dəyişən Türkiyə” adlı məqaləsində oradakı yeni əlifba hərəkatından bəhs edərək yazırdı: “Türkiyə dilində danışan Sovet Azərbaycanı əhalisi artıq bу sahədə nümunə göstərmişdir”.
Ağamalı oğlu “Бакински рабочи” qəzetinin 1928-ci il 27 may tarixli 123-cü nömrəsində “Yeni türk əlifbasının müvəffəqiyyəti” adlı məqaləsində sevinclə yazırdı: “Türkiyə respublikasının prezidenti Mustafa Kamal paşanın və Əfqanıstan padşahı Əmənulla xanın iştirakı etdiyi Türkiyə parlamenti latın əlifbasının həyata keçirilməsi üçün qanun layihəsi qəbul etmişdir”.
Yeni əlifba ideyası İranda da köhnəpərəstlərlə yenilikçilərin mübarizəsinə gətirib çıxarmışdı.
İranın məşhur yazıçı və alimi Nəfisi 1927-ci ildə latın əlifbasında dərslik hazırlamışdı. Lakin İranın irtica dairələri bu yeni hərəkatın orada həyata keçməsi-nə imkan vermədilər.
F.Ağazadə 1927-1930-cu illər arasında dövrünün aktual elmi-pedaqoji məsələlərindən bəhs edən məqalələri ilə tez-tez Bakı, Səmərqənd və Tbilisidə nəşr olunan jurnallarda çıxış edirdi. Onun “Звуковой или Американский метод преподавания на новом алфавите”, “Для чего нам нужно знат просентное соотнешение звука тюрко-татарскич языков”, “Nə üçün coğrafiya və tarix adlarını türkləşdirməmişlər”, “Vahid imlamız olmalıdır”, “Məktəb kitabları və istilahlar”, “Camaatın və oxumuşların yolları”, “Türkcənin zənginləşdirilmək yolları”, “Qamuslarda iki – üç imla”, “Türk adları, ölçüləri və təqvimi” və s. кimi onlarla əsrləri “Култкра и писменност Востока”, “Gələcək”, “Dan ulduzu”, “Müəllimə kömək”, “Maarif işçisi”, “Maarif və mədəniyyət” jurnallarında dərc edilib oxucuların marağına səbəb olurdu.
F.Ağazadənin “İmlada mümkün bulqan kiskartirişlar masalası”  (“İmlada ixtisar imkanlarına dair”), “Yanqi əlifbeni amala aşkeriş çaraları”  (“Yeni əlifbanın həyata keçirilməsi çarələri”) məqalələri özbək dilində Səmərqənddə “Maarif və ukitüvçi” jurnalı səhifələrində verilmişdi. Hər iki məqalə özbək ziyalıları tərəfindən rəğbətlə qarşılanmışdı.
Müəllif “yeni əlifbanın həyata keçirilməsi yolları” məqalıəsində özbək maarif işçilərinin, özbək xalqının qarşısında duran vəzifələrdən danışır. Göstərir ki, yeni əlifbanı daha geniş yayamaq və xalqın malı etmək üçün məktəblərdə, dəftərxanalarda, nəşriyyatlarda və mətbuatda bu yeni əlifbadan istifadə edilməlidir.
Fərhad Ağazadə 1922-1929-cu illər arasında Azərbaycan YƏK-də, UİYƏK-də nə qədər qızğın fəaliyyət göstərsə də, bu barədə samballı kitablar, məqalələr yazmağa, elmi məruzə və çıxışlara xeyli vaxt itirsə də, dövrün ortaya atdığı диэər məsələlərə də vaxtında cavab verə bilirdi. O, 1923-cü idə məktəbəqədər tərbiyə işlərilə məşğul olmuş, uşaq bağçalarında işləyənlər üçün “Kubçalar ilə xırda cocuqlara savad öyrədişi” və əlifaba təlimini asanlaşdırmaq məqsədi ilə  “Şəkillərdə hərflər” əsərlərini yazmışdır. “Türk dilinin diriltmək və zənginləşdirilmək yolları” adlı elmi əsəri də həmin ilin məhsuludur. 1926-1927-ci illərdə F.Ağazadə digər bir neçə müəlliflə “Zəhmət məktəbi” və “Savada doğru” dərsliklərini yazmaqla məktəblərimizdə tədris işinə xeyli kömək edir.
Həmin illərdə Azərbaycanın bütün uşaqları arasında aparılan yeni əlifba kompaniyasında iştirak edir.
1928-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının göstərişi ilə B.Çobanzadə ilə birlikdə Azərbaycan dilinin ilk elmi qrammatikası olan “Türk qrameri” kitabını Bakıda çap etdirir. Bu kitab elmi sambal və qoyulan məsələlərin düzgün şərhi etibarilə zamanın ən dəyərli əsərlərindən idi. Ağazadə tərəfindən işlənilmiş “Durğu işarələri” və “İmla” hissəsi o zaman ilk dəfə tədqiq və təhlil edilməsinə baxmayaraq bu gün belə öz əhəmiyyətini itirməmişdir.
Arxivlərdə saxlanılan təliqə və dəvətnamələrdən aydın olur ki, F.Ağazadə o zamankы bir sıra cямиййtяlərin, elmi idarə və təşkilatların işində iştirak etmişdir. O, “Savadsızlıqla mübarizə cəmiyyəti”, “Azərbaycanı öyrənmə cəmiyəti”nin iclaslarına dəvət edilmişdir. 1930-cu ildə Aзərbайcан Елми Тядгигат Институту yaradılarkən F.Ağazadə həmin institutun fəxri elmi işçisi seçilmişdir. Xəstəliyinin güclənməsinə baxmayaraq, bu yeni institutun tədbirlərində iştirak etmiş, öz köməyini əsirgəməmişdir. F.Ağazadə pedaqogikanın yalnız nəzəri məsələləri ilə deyil, həm də Azərbaycan pedaqoji fikir tarixi ilə də məşğul olmuşdur. O, 1925-1928-ci illərdə Mirzə Fətəli Axundov, Məhəmməd ağa Şaxtaxtlı, Həsənbəy Zərdabi və Firudin bəy Köçərli haqqında qiymətli fikirlər söyləmiş, M.F.Axundovun pedaqoji fəaliyyətini qismən, H.Zərdabi və F.Köçərlinin həyat və fəaliyyətini isə geniş şəkildə tədqiq etmişdir. Onların maarifçilik görüşlərini Azərbaycanda pedaqoji fikrin inkişafında oynadıqları rolun əhəmiyyətini şərh etmişdir. Bu cəhətdən F.Ağazadə Azərbaycan pedaqoji tarixi elminin yaradılışına çalışan ilk təşəbbüskarlardan olmuşdur. O, pedaqogika tarixini digər mədəniyyət sahələrinдян təcrid etməmiş, onu ədəbiyyat, incəsənət, elm və fəlsəfə ilə, siyasi görüşlərlə bağlı şəkildə tədqiq eтмиш, şərhinə çalışmışdır. Məsələn, 1926-cı ildə nəşr etdirdiyi “Həsən bəy Məlikov Zərdabinin tərcümeyi-halı” adlı əsəri yazarkən xatirələrdən, arxiv sənədlərindən, H.Zərdabinin çap edilmiş və edilməmiş əsərlərindən istifadə etmişdir. Professor A.Abdullayev F.Ağazadənin həmin əsəri haqqında  belə bir faktı qeyd edir ki, “F.Ağazadənin bu əsəri böyük alim, pedaqoq və jurnalistimiz Həsən bəy Məlikovun (Zərdabinin) həyat və yaradıcılığı haqqında ilk və mükəmməl bir monoqrafiyadır”.
F.Ağazadənin 1926-cı ildə yazılmış “Firudun bəy Köçərlinin bioqrafiyası” adlı əlyazması şəklində olan əsəri də qiymətli cəhətləri ilə bir çox tədqiqatçının diqqətini cəlb etmişdir. Filoloji elmləri doktorları M.C.Paşayev, K.Talıbzadə, pedaqoji elmləri doktoru A.Abdullayev, filoloji elmlər namizədi B.Nəbiyev F.Köçərli ilə əlaqədar tədqiqat işi apararkən həmin əsərdən etibarlı mənbə kimi istifadə etmişlər.
Fərhad Ağazadə məşhur müəllim, görkəmli alim-metodist, ictimai xadim olmaqdan əlavə, həm də gözəl ailə başçısı, istəkli həyat yoldaşı, mehriban dost, qayğıkeş insan olmuşdur.
O harada olursa olsun, sevimli qadını Gövщярi bir an da unutmur, sevincini, fərəhini, kədərini həmişə onunla yarı bölür. Elə buna görə də Gövhər xanım həmişə Fərhad Ağazadənin yaxın köməkçisi olmuş, onun yenilikçi fikirlərini yaymağa çalışmışdır.
Gövhər xanım Fərhad Ağazadə haqqında xatirələrini yazıb, МEA Respublika Əlyazmaları Институтуна vermişdir. O, həmin xatirələrdə özünün də iştirak etdiyi və Fərhad Ağazadə ilə bağlı olan bir çox məsələdən söhbət açır. Onun xatirələri keçmiş irsimizi öyrənmək üçün çox faydalıdır. “Fərhad Ağazadənin yaradıcılıq yolu” adlı məqalə-xatirələrdə  böyük maarif xadiminin həyatı və pedaqoji fəaliyyətinə dair qısa xülasə verilir.
Gövhər xanım 1927-ci ilin yayını xoş təəssüratla xatırlayır. O zaman F.Ağazаdə mühazirə oxumaq üçün Moskvaya dəvət edilimişdi.
Gövhər xanım məhz həmin ilin yayında Moskvаda olarkən professor Jirkov, Yakovlev, Rozaliya Osipovna və digər məşhur şərqşünas alimlərlə görüşlərindən bəhs edir. O, yazır ki, Fərhad Ağazadə alimlərdən bir neçəsini mehmanxanadakı otağımıza bir fincan çaya dəvət etdi. Onlar o dəvəti məmnuniyyətlə qəbul etdilər. Çay süfrəsi başındakı söhbətlər yalnız şərqşünaslıq və maarif məsələlərinə aid idi.
Gövhər xanım Fərhad Ağazadənin rus ədəbiyyatını mükəmməl bilməsi məsələsinə də toxunur. O, Puşkini, Çernışevskini, plexanovu dərindən bilmişdir. Onun bu fikrini F.Ağazadənin hələ Qoridə oxuyarkən yazdığı qeydlər, sonralar qəzet və jurnallarda dərc etdirdiyiməqalələr sübut edir. Gövhər xanım qeyd edir ki, biz Moskvadan qayıdarkən yolda Fərhadsavadlı bir rus qadını ilə söhbətə girişmişdi. Onlar Çernışevski və Gertsen haqqında məhəbbətlə danışırdılar.
Gövhər xanımın xatirələrindən daha bir maraqlı faktı öyrənirik. Bu da Fərhad Ağazadə ilə N.Nərimanov arasındakı yaxınlığı sübut edir. O, yazır ki, Fərhad 1927-ci ilin payızında mühazirələrini qurtardı. Biz Bakıya qayıdarkən Həştərxanda dayandıq. Fərhad məni də götürüb N.Nərimanovun 1909-1911-ci illərdə sürgün zamanı qaldığı evin ziyарятиnə getdi. O, mənə mərhum Nərimanın yaşadığı otаğı, həyəti, darvazanı göstərdi...
Elə buradan da görkəmli maarif xadimi Fərhadla Şərqin böyük Nərimanı arasındakı yaxınlıq, ona nəhayətsiz məhəbbətin xırdaca əlamətləri özü-özündən bəlli olur.
Gövhər xanımın xаtirələrindən bizə maraqlı olan daha bir sıra hadisələrlə tanış oluruq.
ХХ ясрин 20-ci illərində Azərбайcан ziyalıları qabaqcıl elm və mədəniyyət xadimləri biri-birinin evinə toplaşıb müzakirələr keçirirdilər. Belə müzakirələrdə iştirakçılardan birinin və ya ikisinin əsəri oxunar, qalanlar isə bu barədə rəy deyərdilər. 1928-ci ilin dekabr gecələrindən birində F.Ağazadənin evində belə bir müsamirə təşkil edilir. Professor B.Çobanzadə, yazıçılardan Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.S,Ordubadi, professor Убейдулин, Abdulla Tağızadə və başqa görkəmli şəxsiyyətlər müsamirənin ən fəal iştirakçıları olmuşlar. Gecədə əvvəlcə F.Ağazadənin Q.Qaraqaşlı ilə birlikdə yazıb, Kazanda rus dilində çap etdirdikləri “Очерк по истории нового тюркского алфавита и его дастижения” ( “Yeni türk əlifba hərəkatının inkişafı tarixi və onu nailiyyətinə aid oçerk”) kitabının müzakirəsi keçirilir. Sonra isə Ə.Haqverdiyevin yeni hekayələrinin oxusu olur. Həmin gecədə Cəlil Məmmədquluzadə də şux zarafatları və hazırcavablığı ilə hamını güldürür.
F.Ağazadə ilə B.Çobanzadənin birlikdə yazdıqları “Türk qrameri” (Azərbaycan dilinin elmi qrammatikası-Ə.A.) kitabının müzakirəsi keçirilən başqa bir gecədə isə Ə.Haqverdiyev, Musa Zeynallı, Mirzə Cabbar Cabbarzadə, professor Yevpatevski, Abdulla Tağızadə və digərləri iştirak edirdilər.  Müzakirəyə gələnlərin əksəriyyəti öz həyat yoldaşları ilə birlikdə gələrdilər. Müsamirələr olduqca maraqlı və canlı keçiрdi. Bu gecənin sonunu iştirakçılar musiqi ilə bitirməyi təklif edirlər. Əbdürrəhim bəy Haqverdiyevin həyat yoldaşı Ceyran xanım Haqverdiyeva royalda Motсartdan, Şubertdən, Lиstdən musiqi parçaları ifa edir. Professor Bəkir Çobanzadənin həyat yoldaşı Dilarə xanım Çobanzadə isə Şərq musiqisi motivində bir neçə hava çalır. Müsamirə çox məzmunlu keçir.
Gövhər xanım böyük bəstəkar Üzeyir Hacıbəyov, akademik Samoyloviç, şair Hacı Kərim Sanılı ilə Ağazadələr ailəsi arasındakı yaxınlıq və səmimiyyətdən danışır. Öyrənirik ki, müxtəlif sahədə külüng vuran bu məşhur adamlar musiqini eyni dərəcədə sevmiş və ondan böyük zövq almışlar.
Əvvəlcədən olan zəiflik, gərgin və hərtərəfli iş 1929-cu ildə F.Ağazadəni ta-mam əldən salır. O, şəxsi təqaüd almaq üçün əlaqədar idarələrə müraciət edir. La-kin o, yenə də öz ərizəsində “Yeni əlifba işləri bütün türk-tatar aləmində qurtarma¬yınca çalışmaqdan çəkinməyib, ancaq vəzifəmi bir az yüngülləşdi¬rəcə-yəm” ,- deyirdi.
Müxtəlif Şura cümhuriyyətləri maarif işçiləri ittifaqlarının Azərbaycan şöbəsinin mərkəzi idarəsi 17 yanvar 1929-cu il tarixli vəsiqədə F.Ağazadənin Azərbaycan maarif tarixində oynadığı rolu aydın xarakterizə edir və ona şəxsi təqaüd вerilməsini lazım bilirdi. Vəsiqədə deyilir: “Yoldaş Ağazadə Fərhada verilir, ona görə ki, o həqiqətən qocaman pedaqoq olaraq Azərbaycanın türk əhalisi arasında xalq maarifi işləri, məktəb quruculuğu və təşkili məsələlərində fəal iştirak etmişdir. O, yəni Ağazadə, eyni zamanda Azərbaycan dilində yazılmış bir çox dərsliyin müəllifidir. Ф.Ağazadə yeni türk əlifbаsının yaradılması məsələsinin meydana çıxdığı gündəн, xəstəliyinə baxmayaraq, bu əlifbanın qurulması və həyata keçirilməsində yaradıcı fəaliyyət göstərir”.
F.Ağazadə 1929-1930-cu illərdə bir neçə dəfə Leninqrada müalicəyə gedir. Lakin heç bir tədbir xəstəliyinin qarşısını ala bilmir. Qol-budaq atmış xərçəng bədəninə daha geniş yayılır. 1931-ci ilin yanvar ayının 4-də, soyuq qış günündə yorulmaq bilməyən istedadlı pedaqoq əbədilik istиrahətə dalır, gözlərini həmişəlik yumur. Həmin gün “Kommunist” qəzeti onun şəklini dərc etməklə hüznlü bir nekroloq çap edir. Нekroloqda deyilirdi: Fərhad Ağazadə “... uzun illər içərisində geridə qalmış zəhmətkeş azərbaycanlı bаlalarını maarifləndirmək yolunda yorulmadan mübarizə aparıb, bu yolda böyük fədakarlıq göstərmişdir”.
Fərhad Ağazadə cəmi 50 il 4 ay yaşadısa da, öz fəaliyyəti ilə unudulmaz və ölməz bir ad qoyub getdi. O, ömrünün son on ilində ürəyində bəslədiyi arzularının həyata keçməsinə çalışmış, demək olar ki, hamısına nail olmuşdu.
Fərhad Ağazadə dövründəki haqsızlığa, çar siaysətinin mürtəce mahiyyətinə, cəmiyydəki kəskin fərq və ziddiyətlərə qarşı mübarizə aparanların ön cərgəsində gedirdi. Fəaliyyətinin ilk illərində yalnız maarifçilik ideyalarını yayan, arzularının xalqın maariflənməsi yolu ilə həyata keçəcəyinə inanan pedaqoq, get-gedə mübarizəsiz heç bir qələbə əldə edilməyəcəyi qənaətinə gəlir. Onda demokratizm meyilləri güclü şəkildə təzahür edir.
Fərhad Ağazadənin ictimai fəaliyyətinin ideya xəttini vətənpərvərlik, xalqlar dostluğu, azadlıq uğrunda mübarizə, ümumi təhsilə nail olmaq təşkil edir.
Çarizmin milli siyasətinin ifşa edilməsi və xalqlar аrasında dostluğun möhkəmləndirilməsi F.Ağazadəni düşündürən baş mövzulardan biri idi. O, Birinci rus inqilabı dövründə fəhlələri bir-birindən ayırmaq, onların sinfi şüuruna və sinfi birliyinə zərbə çalmaq istəyən, xalqlar arasında ədavət toxumu səpən çarizmi ifşa edərək, zəhmətkeşləri əsil həqiqəti anlamağa, çarizmin bu mənfur məгsədindən doğan mürtəce siyasətini başa düşməyə çağırırdı, onları proletar beynəlmiləlçiliyi bayrağı altında birləşməyə səsləyirdi.
Milli məsələyə münasibətdə o zamankı ziyalı kütləsi vahid mövqe tutmurdu. F.Ağazadənin dönə-dönə tənqid etdiyi Sultanov və Bahadurov kimiləri qardaş qırğınını daha da şiddətləndirir, çarizmin “Parçala, hökm sür” siyasətinə kömək edirdilər. Bir sıra yazıçı və ictimai xadimlər bu məsələdə üz-üzə dayanıb, bir-birinə zidd mövqe tuturdular. O zamankı bolşevik mətbuatı və demokratik mətbuat çar mütləqiyyətinin azadlıq hərəkatının qabağını almaq qəsdi ilə müxtəlif millətlərdən olan zəhmətkeşlər arasında ədavət salmaq siyasətinin iç üzünü açırdı. F.Ağazadə də maarifçi demokrat kimi erməni, gürcü və azərbaycanlıları birliyə çağırır, birləşərək “umumi olan dərdlərini” həll etməyə sövq edirdi. O, yazırdı: “...bu tökülən qanlara bais olan, ədavət yaradan bəd əfkarlar layiqincə tənbeh edilməlidir”.
Erməni-müsəlman qırğını ilə əlaqədar olaraq Tbilisiyə toplaşmış erməni-müsəlman nümayəndələrini “möhkəm barışıq binası yapmağa” çağırırdı. “Bu iki tayfanın arasında siyasi və milli bir ədavət yoxdur” deyərək çarizmin fitnəkarlığını ifşa edirdi.
F.Ağazadənin ictimai-siyasi görüşlərini əks etdirən publisist yazılarının bir çoxunda Azərbaycan kəndinin dəhşətli mənzərяsi canlanır; kəndlilərin ağır məişəti, məşəqqətli həyatı təsvir edilir. Kəndlilərin onsuz da talan olmasına baxmayaraq, çar məmurları – kəndxudalar, pristavlar, straxniklər, qubernatorlar və s. дaha da dağıdır, can çəkə-çəkə yaşayan kəndlilərin qanını zəli kimi sorurlar.
Azərbaycan kəndlilərinin dözülməz halını təsvir edən pedaqoq, bunun səbəblərini göstərir: kəndlilərin torpaqları məhsuldan düşüb, quraqlıq hər yeri bürüyüb. Kür və Araз çaylarından quraqlıq yerlərə arxlar çəkmək mümkün olduğu halda heç kəs bu işlə maraqlanmır. Quraqlıqdan başqa çəyiрткə, taxıl siçanı göz açmağa imkan vermir. Qaramala və qoyuna sirayət edən çuma xəstəliyi heyvanları tamam qırıb. İnsanlar da heyvanlara qarışıb gündən-günə daha çox qırılırlar. Nə həkim var, nə də xəstəxana. Digər tərəfdən yüzbaşılar, çavuşlar, kənd sudyaları, kəndlilərlə istədikləri kimi davranır, onlara həddindən artıq zülm edirlər”.
Budur, birinci rus inqilabı dövründə Azərbaycan kəndinin mənzərəsi!
“Filan ağanın və ya filan pristavın” “mən ölüm filankəsi yüzbaşılıq ya zər sahibinə qismət olur, ya zor sahibinə”. Bunlar da şəxsi mənafelərini güdərək kəndlərin halını bərbad vəziyyətə salırlar.
Fərhad Ağazadə bu vəziyyəti yalnız seyrçi kimi təsvir etmir. O, kəndliləri hərəkətə gəlməyə, hüququnu müdafiə etməyə, oxumağa, öyrənməyə çağırır. “Daha bəsdir, deyir, bəzi “tərxanaların” vicdansız təkliflərinə avtomat maşın kimi “mən də! mən də!”  cavabını vermək”.
Kəndliləri fəallaşmağa, siyasi hadisələrdə iştirak etməyə çağıran müəllif, Bakı fəhlələrinin mübarizəsini onlara nümunə kimi göstərir. Bu cəhətdən onun “Fəhlə və əkinçi”  felyetonu çox səciyyəvidir. O, bu felyetonda fəhlə və kəndlinin ittifaqını möhkəmləndirmək, onları birlikdə mübarizəyə cəlb etmək ideyasını irəli sürür. Şübhəsiz, birinci rus inqilabının məğlubiyyətindən sonra belə bir ideyanın irəli sürülməsi təbii və vacib idi.
Fərhad Ağzadənin XX əsrin əvvəllərində yazılmış onlarla məгaləsindən bir neçəsinə, o cümlədən “Hansı afiyəddə olmalıyız”, “Yüz ildir getdiyin, öylə budurmu getdiyin”, “Hansı mümkündür?” və sairələrinə diqqət yetirsək, onun ictimai-siyasi fikri inkişafının dialеktikasını apaydın görərik. O, dövlət quruluşunu dəyişmək ideyasına gəlib çıxmasa da, çarizm, çar siyasətini məhv etmək fikrini irəli sürmüşdür.
F.Ağazadə beyinləri aydınlaşdırmaq üçün dövründəki “millətpərəstlik”, “mənsəbpərəstlik” və “islamçılıq” sözlərini müqayisəli şəkildə izah edir. Göstərir ki, bunların hamısı boşboğazların “xalqa fayda vermək” şüarı altında gizlətdikləri çığır-bağır obyektləridir. O, “siyasi əqidələrin ilk alisi”, “insaniyyətin həsəniyyəti” sosializmi hesab edir. Sosializm ideyalarının nədən ibarət olduğunu göstərir və Qafqaz müsəlmanlarını sosializmi öyrənməyə çağırır.
F.Ağazadənin bu cür çıxışlarından sonra ona hücüm edənlər də tapılırdı. Məsələn, Sultanov soyadlı birisi F.Ağazadənin fikirlərini təkzib edərək, müsəlmanları “islamiyyətdə” дя birləşməyə çağırırdı. F.Ağazadə isə öz ideyasında möhkəm dayanaraq, ona qarşı edilən hücumları dəf edirdi, fikirlərini daha geniş şəkildə izaha çalışırdı  sosializmin mahiyyətini və nailiyyətini şərh edərək göstərirdi ki, sosializm zamanı yer üzündə güclü və gücsüz olmayacaq.
Çarizm Rusiya xalqlarını yalnız maddi cəhətdən deyil, həm də mənəvi cəhətdən yoxsulluqda, dərin qəflət yuxusunda, cəhalətdə saxlamağa çalışır, rus olmayan xalqları zorla ruslaşdırmaq siyasəti yeridərək, onların milli mədəniyyətinə xor baxır, milli hisslərini tapdalayır, ana dilində məktəblərin açılmasına mane olurdu. O, xalqın bilik alıb maariflənməsindən və bununla da itaətdən çıxa biləcəyindən qorxurdu.
Bütün bu cəhətləri açıq-aydın görən demokratik ziyalılar çarizmin ruslaşdırma və rus olmayan xalqlara xor baxmaq siyasətinə qarşı çıxırdılar.
“Müsəlman tayfasının hüquq və ehtiyacı qeyri millətlər ilə müsavi bərabər olmalıdır” – deyən F. Ağazadə rus çarizmindən tələb edir ki, Azərbaycana təyin olunan məmurlar, çinovniklər “türk əhlinin lisanına və adətlərinə bələd olmalıdır”.
Digər bir yerdə F.Ağazadə Qafqazda baş verən özbaşınalığı hökumətin Qafqaza təyin etdiyi hakimlərin bu özbaşınalıqlara əhəmiyyət vermədiyi və keyfi istədiyi kimi hərəkət etdiyini tənqid edərək yazır: “Neçə il bundan əqdəm Qafqazın sabiq hakimi Qolitsın bekar və bica qalan rusların ciblərini müftə pul ilə doldurmaqdan ötrü onlardan bir dəstə “polisa qoşunu” təşkil etdi. Bu starjniklərin çoxu Qafqaz ölkəsinə bələd olmayan qoca saldatlardır. Bunlar çaparxanalarda xoruldaya-xoruldaya yatan vaxt, qaçaqlar və quldurlar kəndləri talan edib, tarmar ediyorlar. Bu “qoşun” ərsəyə gələndən bəri tökülən qanların, dağılan evlərin həddi və hesabı yoxdur. Bu müxtəxorlara ildə 2 milyondan artıq pul məsrəf olunur... Böylə qoşunun bizə mənфяятi nədir?.
Fərhad Ağazadə dərin məzmunlu məqalələri ilə çarizm siyasətini tənqid etməklə kifayətlənmir, həm də xalqı azadlıq, maarif, tərəqqi uğrunda mübarizəyə çağırırdı.
Bildiyimiz kimi, təlim-tərbiyə işi sinifli cəmiyyətdə sinfi xarakter dayışır, maarif hakim sinfin əlində silah rolunu oynayır. Hakim sinif məktəblilərə hakim tərbiyə və təlim prinsiplərini aşılamaqla onları özlərinə müdafiəçi hazırlayırlar.
F.Ağazadə zəhmətkeş инсанлардан idi. Onda demokratik məfkurə olduğundan onun fəaliyyətində demokratik ünsürlər üstünlük təşkil edirdi. Böyük Oktyabr sosialist inqilabınadək (1917) F.Ağazadənin fəaliyyəti özündən əvvəlki mцtərəqqi görüşlərə əsaslanaraq hakim-burjua məfkurəsinə qarşı mübarizə aparıb, yeni əsasda zəhmətkeş xalqın mənafeyini müdafiə edən demokratik xalq maarifini bərqərar etməkdən ibarət olmuşdur. O, bu dövrdə öz şəxsi fikirlərini, müşahidələrini daha üstün tutmuş, ümumi maarifçi-demokratik ideyalarını təbliğ etmişdir.

Комментарии