AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİNİN TƏDQİQİ: NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR

Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tədqiqi: nailiyyətlər və perspektivlər

Azərbaycanşünaslıq anlamının məzmun çaları geniş və rəngarəngdir. Fikrimizcə, Azərbaycanda məktəb və pedaq oji fikir tarixi bu məzmuna daxil olan əsas istiqamətlardən biridir. Mənəvi mədəniyyətin formalaşdırılmasına xidmət edən pedaqoji fikirlər, ideyalar, əməli işlər cəmiyyətin inkişafına təkan verən təməl rolunu oynamış, əsrlər ötdükcə tərkibində “Məktəb və pedaqoji fikir tarixi” adlanan elm sahəsi yaranmışdır.
Azərbaycanda təhsilin və pedaqoji fikirlərin meydana çıxmasının çox qədim və zəngin tarixi vardır. Ağız ədəbiyyatı nümunələrində, xalqın öyüd-nəsihətlərində və geyimlərində, bədii ədəbiyyatda, tarixi, Arxeoloji, etnoqrafik, etnopedaqoji, dini, fəlsəfi, psixoloji və digər tədqiqat əsərlərində bununla əlaqədar kifayətqədər məlumatlar, faktlar vardır.
Qeyd etməliyik ki, Azərbaycan məktəb və pedaqoji fikir tarixi problemlər üzrə tədqiqat aparılmasına ardıcıl diqqət yetirilmədiyindən, bu sahə sistemli öyrənilməmişdir. Lakin pərakəndə olsa da, müəyən əhəmiyyətli işlər görülmüşdür.
Məktəb və pedaqoji fikir tarixi professional elmi tədqiqatların aparılmasına XX əsrin 30-cu illərinin sonlarından başlanmışdır. Azərbaycanda elmi-pedaqoji kadr hazırlığına ilkin nümayəndələi olan Əhməd Seyidov, Mərdan Muradxanov, Mehdi Mehdizadə Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tədqiqi sahəsində ilk cığır açanlar olmuş, sonrakı illərdə isə bu istiqamətdə kadrlar hazırlığında mühüm rol oynamışlar.
Ciddi elmi tədqiqat işləri meydana çıxdıqca, Azərbaycanda pedaqogika tarixi elmi də formalaşmış, obyekni, predmeti, vəzifələri, prinsip və metodları, qanunauyğunluqları, tarixi dövrlər üzrə inkişaf dinamikası və s. əlamət və keyfiyyət xüsusiyyətləri müəyyənləşmişdir.
Azərbaycanda pedaqogika tarixi elmi qədim dövrdən başlayaraq tərbiyə, təhsil, təlim problemlərini, ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, filosifların, pedaqoqların pedaqoji xidmətləri və görüşlərini, ayrı-aryı dövrlərdə təhsil məsələlərini və maarifləndiricilik missiyasını yerinə yetirən obyektlərin fəaliyyətini tədqiq edib, öyrənir, nəızəri və praktik əhəmiyyətli ideya və əməli işləri ümumiləşdiri, yaşanmış tarixin elmi – pedaqoji mənzərəsini meydana qoyur. Təbii ki, bu tarixi təcrübələr və nəzəri fikirlər təkcə tarixiliyinə görə deyil, varisliyi və müasir əhəmiyyətinə görə də qiymətləndirilir.
Elmi pedaqogikanın əsas qaynaqlarından biri xalq pedaqogikası, etnopedaqoji abidələrdir. Xalq pedaqogikasının tədqiqatçısı Əliheydər Həşimov, bu istiqamətdə problemlərin tədqiqinə rəhbərlik edərək elmi məktəb yaratmışdır. Digər tədqiqatlar isə məktəb və pedaqoji fikir tarixinin müəyyən mərhələ və dövrlərini əhatə edir.
Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin ilk mərhələsini qədim dövrdən başlayaraq orta əsrlərin islam dini mədəniyyətinin meydana gəlməsinə qədərki dövrü təşkil edir.
Çox təəssüf ki, qədim dövrün təhsil məsələlərini araşdırıb, meydana qoyan heç bir tədqiqat işi yoxdur. Pedaqogika tarixçiləribununla əlaqədar qədim dövrü öyrənən vətən tarixçilərinin, arxeoloq və antropoloqların, filosof və ədiblərin əsərlərinə, maddi-mədəniyyət abidələrinə istinad edirlər. Yalnız bircə nəfər tədqiqatçı – uzun müddət Azərbaycanda yaşayıb, elmi fəaliyyət göstərmiş məşhur pedaqoq və filosof A.O.Makovelski “Avesta” abidəsi ilə əlaqədar araşdırma apararaq, “Avesta”nın pedaqoji baxımdan şərhini verən monoqrafiya nəşr etdirmişdir. Bu əsər Zərdüşt məktəbləri, Zərdüşt təhsil-tərbiyə sistemi, məzmunu və formaları və s. haqqında sırf pedaqoji əhəmiyyətli məlumatlar verir. Təəssüf hissi ilə bildirməliyik ki, Vətən tarixinə aid tədqiqatlarda və dərs vəsaitlərində qədim dövr təhsil, tərbiyə məsələləri yox dərəcəsindədir.
Tərbiyə, təlim məsələlərini öyrənmədən, insanın formalaşma amillərini, arzu və niyyətləinin meydana çıxma səbəblərini, fəaliyyəni məzmun çalarını, əqli, hissi, iradi keyfiyyətlərin rolunu, təılabat və ehtiyacların ödənilməsi üçün edilən səylərin səmərəliliyini, insanın sosial-mənəvi təkamül dinamikasını aşkarlamaq mümkün deyildir.
Ona görə də hələ ən qədim dövrdən başlayaraq insan və onun tərbiyəsi, inkişafı fəaliyyət nəticələrini meydana çıxaranm başlıca amil kimi nəzərə alınmalıdır. Belə olduqda biz qəti şəkildə müəyyənləşdirə bilərik ki, insan heç bir heyvanın sosiallaşmış nəsli deyil, başqa sözlə desək, meymundan əmələ gəlməmişdir, şzünün təbii daxili və xarici fəaliyyət imkanları ilə insan olaraq yaranmış, lakin ciddi təkamül yolu keçmişdir.
Ikinci mərhələ islam dininin yaytılmasından orta əsrlərin tamamına qədərki dövrü əhatə edir.
Təəssüf ki, bu dövrün də pedaqoji sərvətləri lazımınca araşdırılmamışdır. Yalnız bir-iki tədqiqat əsərini qeyd etmək olar. Bu baxımdan Mərdan Muradxanovun ilkinlik mövqeyini yada salmamaq olmaz. O, 1943-cü ildə “Nizami Gəncəvinin pedaqoji fikirləri” adlı dissertasiya müdafiə edib, 1946-cı ildə onu monoqrafiya kimi nəşr etdirmişdir. əsərdə Azərbaycan mütəfəkkirinin elm, təhsil, təlim, tərbiyə haqqında fikirləri sistemləşdirilmiş, təkcə öz dövrü üçün deyil, sonrakı dövrlər üçün də aktuallığı sübut edilmişdir.
Bu dövrün pedaqoji məsələlərinin tədqiqi sahəsində İbrahim Mollayevin tədqiqatı məzmun genişliyi ilə diqqəti cəlb edir. O, orta əsr Azərbaycan mütəfəkkirlə¬rinin təlim-tərbiyə haqqında fikirlərini öyrənərək doktorluq dissertasiyası (1984) yazmış, bu əsasda xüsusi monoqrafiya nəşr etdirmişdir (1996).
İbrahim Mollayev qədim dövrdən başlayaraq XII əsrin sonuna qədərki dövrədək tədris və tərbiyənin qısa icmalını vermiş, XIII-XIV əsrlərdə Azərbaycanda xalq maarifi məsələlərini öyrənmiş, bu dövrün görkəmli simalarından Nəsirəddin Tusinin, Əvhədəddin Əvhədinin, Məhəmməd Hinduşah Naxçıvaninin, İmadəddin Nəsiminin, Əbdürrəşid ibn-Salih Bakuvinin pedaqoji görüşlərini şərh etmişdir. Qeyd etmək istərdim ki, pedaqogika tarixi tədqiqatlarında ayrı-ayrı personallara aid araşdırma diqqəti daha çox cəlb edir. Pedaqoji fikrin problem baxımından tədqiqata cəlb edilməsi diqqəti çəkən məsələlərdən biridir. Belə ki, “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” adlı doktorluq dissertasiyasında orta əsrlər dövründə insan konsepsiyasına baxış, şəxsiyyətin formalaşması ideyasının mənbələri, şəxsiyyət tərbiyəsi: nəzəriyyə və təcrübə məsələləri və digər problem məsələlər kompıeks halında öz həllini tapmışdır.
Məlum oldğu kimi, sovet dövründə aparan tədqiqatlarda mütəfəkkirlərin baxışlarında zorla ateizm meylləri üzə çıxarılımış, dini-mənəvi dəyərlərin tərbiyəedicilik rolu nəzərə alınmamışdır. Yuxarıda adını çəkdiyimiz tədqiqatda məhz bu kəsirli cəhət aradan qaldırılmış, şəxsiyyətin formalaşması amilləri real elmi, metodoloji və ideyalar gerçəkliyi baxımından izah edilmişdir.
Azərbaycan məktəb və pedaqogika tarixinin üçüncü mərhələsini XIX əsr və XX əsrin əvvəlləri (1920-ci ilə qədər) təşkil edir. Bu mərhələ Azərbaycanda məktəbin və pedaqoji fikrin ideoloji istiqamətinin ikili olması ilə səciyyələnir. Buna səbəb Azərbaycanın Şimal və Cənub olaraq iki hissəyə parçalanaraq iki müxtəlif dövlət təsirində olmasıdır. Cənubi Azərbaycanda əvvəllərdə olduğu kimi, İran dövlətinin orta əsrlər tərbiyə, təıhsil ənənləri davam etmiş, Şimali Azərbaycan isə Rusiya imperiyası tərəfindən işğal edildiyindən bu ölkənin təhsil sisteminə qatılmışdır, təlim dili ərəb dili deyil, rus dili olmuşdur. Təhsilin və təlimin ümumşərq coğrafiyası, Rusiya və Avropa konturuna keçmişdir. Yeni məktəb tipləri yaranmış, yeni pedaqoji kadrlar hazırlanmış, yeni dərskliklər yazılmış, Rusiyada xidmət edən rus təbəələrinin formalaşmasına başlanmışdır. Bununla yanaşı, təhsilin inkişafına kömək edən maarifçilik ideyaları yaranmış, yeni ictimai inkişaf tədricən hərəkata çevrilmişdir. Bu dövr pedaqoji məzmun zənginliyi və təbii ki, yaxın dövr olması və dil, əlifba anlamı imkanlarına görə bu dövrün pedaqoji problemləri geniş şəkildə tədqiq olunmuş, öyrənilmişdir. Araşdırılan problemləri qruplaşdırsaq, belə bir mənzərə alınar:
XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda məktəb problemi, o cümlədən indiki Gürcüstanda və Ermənistanda Azərbaycan məktəblərinin fəaliyyəti öyrənilmişdir. (Ə.İsgəndərzadə, H.Əhmədov, H.Rəfibəyli, ƏşTağıyev, N.Tahirzadə, Ə.Paşayev və b.);
XIX əsrdə və XX əsrin əvvəllərində təhsil məsələləri, o cümlədən peşə-ixtisas təhsili, 1917-1920-ci illərdə xalq maarifi məsələləri, ADR-də 1918-1920-ci illərdə təhsilin təşkili və s. Öyrənilmişdir (V.Mustafazadə, S.Xəlilov, F.Həsənov, A.Qəhrəmanova və b.0;
Azərbaycan pedaqoq və maarifpərvərlərinin görkəmli nümayəndələrinin (A.Bakıxanov, H.Zərdabi, S.Ə.Şirvani, M.Ş.Vazeh, M.F.Axundov, F.Köçərli, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.T.Sidqi, A.Şaiq, S.S.Axundov, A.Səhhət, F.Ağazadə, Ü.Hacıbəyov, S.R.Əlizadə, N.Nərimanov, M.Mahmudbəyov, A.O.Çernyayevski və b.) tədqiqi (Ə.Seyidov, D.Mustafayeva, Əmir Tağıyev, Ə.Ağayev, İ.İsayev, S.Əzimova, İ.Mollayev, Ə.Cəlilov, B.Nəsit=rov, Zemfira Mehdizadə, Z.Mehrəliyeva, S.Orucova, S.Ociyev və b.);
Müəllim kadrların hazırlığının tədqiqi (F.Seyidov);
Pedaqoji əlaqələrin tədqiqi (V.Rzayev, Ş.Zülfüqarova, V.Bəşirov0;
Tərbiyə məsələlərini tədqiqi, o cümlədən məktəbəqədər tərbiyə, mənəvi tərbiyə və əmək tərbiyəsi (Ə.Qədimbəyova, A.Kərimov, P.Saleh, S. Əliyeva, A.Quliyev və b.);
Pedaqoji mətbuatın tədqiqi (M.Həsənov, V.Zərbəliyev);
“Əlifba” və ondan sonrakı “Oxu” kitabının tədqiqi (Ə.Həsənov).
Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin dördüncü mərhələsini sovet dövrü (1920-1990-cı illər) təşkil edir.
Bu dövr məktəb və pedaqoji fikir tarixinin elm olaraq təşəkkülü və formalaşması ilə səciyyələnir. Bu mərhələdə pedaqogika tarixinin bütün dövrləri əhatə edən elmi-tədqiqat işlərinin təşkili, aparılması, tədqiqat nəticələrinin respublikada və digər ölkələrdə nəşri, tədris kursunun proqram və dərsliklərinin yaranması, ixtisaslı elmi-pedaqoji kadrların geniş fəaliyyət göstərməsi kimi mühüm əhəmiyyət daşıyan cəhətlər diqqəti cəlb edir.
Bu dövrdə akademik Mehdi Mehdizadə, professor Əhməd Seyidov, Mərdan Muradxanov, onların yetirdikləri tarixçilərdən akademik Hüseyn Əhmədov, professorlar Əliheydər Həşimov, Əjdər Ağayev, Hadi Rəfibəyli, İbrahim Mollayev, Aben Kərimov Azərbaycan pedaqogika tarixini o zamankı SSRİ Pedaqoji Elmlər Akademiyasının ən nüfuzlu elmi istiqamətlərindən biri səviyyəsinə qaldırmışlar. Moskvada nəşr olunan pedaqoji ensiklopediyalarda, fundamental tarixi “oçerklər”də, Azərbaycan pedaqogika tarixçilərinin elmi-tədqiqat nəticələri irili-xırdalı həcmlərdə yer tutmuşdur.
1989-cu ildə fundamental elmi nəşr olan “Azərbaycan pedaqoji fikir antologiyası” Moskvanın “Pedaqogika” nəşriyyatında kütləvi tirajla nəşr olunmuş, dünyaya yayımışdır.
Bununla yanaşı, sovet dövrü məktəb və pedaqoji fikir tarixinin öyrənilməsi istiqamətində o qədər də çox iş görülməmişdir. Təhsil və məktəb tarixinə (M.Mehdizadə, A. Rzayev, Əyyub Tağıyev, Ə.Məhərrəmov, T.Bağırova, Ə.Adıgözəlov, T.Musayeva, Hümeyir Əhmədov) və pedqoji elmin inkişafı tarixinə aid (F.Rüstəmov, H.Bayramov və.b.) bir neçə samballı tədqiqat diqqəti cəlb edir.
1920-1991-ci illərdə Azərbaycanda pedaqoji elmin təşəkkülü, inkişafı və problemləri fundamental tədqiqat işləri gənc tədqiqatçı Fərrux Rüstəmova aiddir. Onun tədqiqatlarınını nətıcəsi Azərbaycan və rus dillərində nəşr olunmuş bir neçə monoqrafiyada əksini tapmışdır. Tədqiqatçı ilk dəfə olaraq Azərbaycanda pedaqoji elmin nəzəri-metodoloji problemlərini, didaktikanın nəzəzri və parktik problemlərini, tarixi-pedaqoji irsin tədqiqinin əsas istiqamətlərini, pedaqoji elmin inkişafında beynəlxalq əlaqəlar, pedaqoji texnologiyanın inkişafı problemlərini tarixi baxımdan öyrənmiş, Azərbaycanşünaslığın pedaqoji istiqamətini zənginləşdirən və onun elmşünaslıq mövqeyini meydana qoyan dəyərli əsərlər yaratmışdır.
Azərbaycanda pedaqogika tarixinin inkişafının yeni mərhələsi 1991-ci ildən sonrakı Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrü əhatə edir.bu dövr öz şanlı tarixini yaratmaqdadır. Bu dövr istər təhsilin məzmunu və metodlarında, istərsə də təhsil sisitemində yeniliklərin meydana çıxması ilə əlamətdardır. Yeni tip məktəblər yarnmış, təhsilin və dövlətin təhsil sahəsində prinsipləri yeniləşmişdir. Təhsildə demokratiya, humanizm prinsiplərini, vətəndaş cəmiyyətinin bərqərar olmasına səy edilir.
Bu dövrün doğurduğu təzadlardan biri isə ənənəvi təhsil-tədris təcrübələri ilə qabaqcıl dünya ölkələrindəki təcrübədən istifadədə müəllimlərin əksəriyyəti tərəfindən optimal varıantın tapılmamasıdır. Eləcə də, təhsil islahatının keyfiyyət tələblərinin və fəaliyyəti qiymətləndirmə meyarının real deyil, formal olaraq həyata keçirilməsidir. Digər təzad isə yeniliyə uyğun və yeniliyi inkişaf etdirə bilən müəllim kadrlarının olmaması və bu istiqamətdə hazırlanmaması ilə bağlıdır. Kadrların seçilib yerləşdirilməsində qabiliyyətin, ləyaqətin, yüksək ixtisas hazırlığının nəzərə alınmaması, subyektiv və təmənnalı yanaşmanın əsas götürülməsi də bu dövrün inkişafa və mənəviyyata ziyan vuran ziddiyyətlərin-dəndir.
Təhsil sahəsi işçilərini sosial təminatının çox aşağı olması, müəllimin nüfuzu və mövqeyinin diqqətdən kənarda qalması da bu dövrün doğurduğu nəticələrdəndir.
Bəzi məqalələri çıxmaq şərtilə deyə bilərik ki, hələ bu mərhələnini nailiyyətləri – nə yenilikləri, nə də ziddiyyətləri təaqiqata cəlb edilməmişdir.
Bundan əlavə, perspektivdə Azərbaycan məktəb və pedaqoji fikir tarixinin araşdırılmasına daha geniş və ardıcıl diqqət yetirilməsi vacibliyi durur. Xüsusilə, qədim dövr və orta əsrlər dövrünün əsaslı şəkildə tədqiqinə ehtiyac vardır.
Pedaqogika tarixini yad təsirlərdən, professional olmayan alimlərin müdaxiləsindən qorumaq da elmi saflıq üçün çox əhəmiyyətlidir. Pedaqogika tarixinə aid tədqiqatların, vəsaitlərin arxiv sənədləri, tarixi mənbə materialları üzrə şəxsi axtarış, tədqiq nəticəsi olaraq meydana çıxması üçün bəzi müəlliflərin mövcud təaqiqatlardan improvizə və variasiyalar edərək hazırladıqları “Tədqiqat” və ya “Əsərlərinə” ciddi münasibət göstərilməsinə ehtiyac vardır.
Elə bilirəm ki, Azərbaycanşünaslar təkcə elmi inkişaf etdirməyə, mənəviyyatı tərbiyə etməyə deyil, onun saflığını və sağlam perspektivini də təmin etməyə borcludurlar.


“Azərbaycanşünaslar müstəqil birliyinin beynəlxalq elmi-nəzəri yubiley konfransının məruzələr məcmuəsi”. Bakı: 2004, c.36-39







Комментарии