Ali məktəbdə pedaqoji fəaliyyətin təşkili
Açar sözlər: fəaliyyət, pedaqoji fəaliyyət, məktəb, ali məktəb, pedaqoji elmlər sistemi, ali məktəb pedaqogikası, təhsil sistemi, ali təhsil, pedaqoji proses, təlim prosesi, auditoriyadankənar təlim – tərbiyə prosesi, müəllim, tələbə, dərs, məşğələ...
Tələbat, maraq, qabiliyyət, bilik, bacarıq, vərdiş, temperament, xarakter, ünsiyyət – münasibət, iradə, hiss, duyğu, duyum, pedaqoji mühit...
Pedaqoji söhbətləri, pedaqoji əsərləri, pedaqoji işi nəzəri və praktikyönüm baxımından anlamaq və ya o barədə qazmaq, yaxud müəllimlik çalışması fəaliyyəti üçün mütləq pedaqoji, psixoloji anlayışların mənasını və praktikada mahiyyətini bilmək gərəkdir.
Hər bir elmin anlayışlar sistemi, “öz dili” olduğu kimi, təhsil elminin, yəni pedaqogikanın da anlayışlar sistemi, “öz dili” vardır. Bizim bu gün təqdim etdiyimiz açar sözlər bugünkü mövzumuzla bağlı olanlardır.
İnsanın hər hansı iş sahəsində çalışmasının, nə barədə düşünməsinin və s. səylərin fəaliyyət olduğu bəllidir. Çalışma sahəsinə görə fəaliyyət sözünün qarşısına əlamət, sahə, yer və s. bildirən söz yazılır. Tutaq ki, elmi fəaliyyət, ədəbi – bədii fəaliyyət, fiziki fəaliyyət və s.
Təhsil, təlim, tərbiyə işi ilə məşğul olanların çalışma məzmunu pedaqoji fəaliyyət ifadəsində öz əksini tapır. Pedaqoji daşıyıcılarına müəllim, öyrətmən və s. deyirlər. Pedaqoji fəaliyyət tədqiqatçıları, təhsil elmini tədqiq edənlər pedaqoq adlanır. Digər tərəfdən, müəllim və pedaqoqun peşə təhsili alması da bu adı səciyyələndirir.
Pedaqoji peşə təhsili olub, pedaqoji sahədə işləməyənlərə aldığı təhsilə görə müəllim demək olar, lakin pedaqoq demək olmaz. Pedaqoji peşə təhsili olmayıb, təhsil sahəsində çalışanlara da müəllim demək olar. Lakin bu şəxslər mütləq təhsil işinin xüsusiyyətlərini, təlim – tərbiyə prosesini, tədris metodikasını öyrənməli, pedaqogika elminin əlaqədar olduğu və tədqiqat nəticələrinə əsaslandığı sosiologiya, psixologiya, fiziologiya, etika, estetikaya da bələd olmalıdırlar.
Müəllimin işi böyüyən insana təsir üzərində qurulduğu və bu insana bələdlik tələb etdiyi üçün bu elmlərin nəzəri baxışlarını bilmək gərəkdir. Müəllim – tələbə münasibətlərinin praktik yönümündə bu bilgilər, pedaqoji metodikalar nə qədər olsa da, ən optimal təsir qolunu müəllim özü tapmalıdır. Deməli, pedaqoji fəaliyyətdə duyum – intiusiya, şəxsi yanaşma, müəllimin interaktiv fəaliyyəti həlledici əhəmiyyət daşıyır.
1. İnsan dünyaya gələndən onun öyrənmə prosesi başlayır. Lakin o, fizioloji, psixi, sosial, mənəvi – ruhi inkişaf dövründə yaşına, tərbiyəsinə, anlağına uyğun olaraq ətraf aləmi qavrayır və buna görə də insanların ona etdiyi təlim, tərbiyə təsiri böyüyən insanın səviyyəsinə, anlamına, marağına, tələbatına uyğun olmalıdır. Bu cəhət uşağın təhsilində mütləq nəzərə alındığından, onun təhsildə inkişaf səviyyəsinə uyğun olaraq öyrənmə mühiti xüsusi olaraq yaradılır. Məsələn, məktəbəqədər təhsil – uşaq bağçası, ibtidai təhsil – ibtidai məktəb, əsas təhsil – orta təhsil, orta məktəb – tam orta təhsil, peşə - ixtisas təhsili – texniki peşə, orta ixtisas, ali məktəb və diplomdansonrakı təhsil, əlavə təhsil və s. Təbii olaraq, təhsil sisteminə uyğun pedaqoji elmlər sistemi yaranır.
Pedaqoji peşə təhsilinin özünün də böyüyən, inkişaf edən insanın yaşına, əhvalına, marağına, tələbatına uyğun bilgi verən ayrı – ayrı sahəsi vardır. Çünki bu sahənin hər birinin insan inkişafına və xüsusiyyətinə məxsus spesifikliyi (özəllikləri) vardır.
Bizim mövzumuz ali təhsillə - ali məktəb pedaqogikası ilə bağlıdır. Ona görə də ali təhsilə - ali məktəbəqədərki özəlliklərə baş vurmamaq məcburiyyətindəyəm.
Али мяктябдя педагожи фяалиййятин хцсусиййятляри
Ali məktəbdə tədris əsas olduğu üçün burada çalışan professor – müəllim heyətinin işlərinin əsl mahiyyəti pedaqoji fəaliyyətlə səciyyələnir – yəni öyrətim üzərində qurulur. Orta məktəbdə işləyən müəllimdən pedaqoji peşə təhsili tələb olunmur. Lakin ondan elmi yaradıcılıq, ixtisasını mükəmmələ bilmək və ixtisası üzrə tədqiqatçılıq bacarığı tələb olunur. Eyni zamanda müəllimin tədris ustalığına yiyələnəcəyi gözlənilir və bu, onun özünütəhsilinə, özünütəkmilləşdirməsinə etibar edilir. Əgər zəiflik görünərsə, müəllim müəllimlik üzrə ixtisasartırma kursuna göndərilir.
Ali məktəbdə pedaqoji fəaliyyətə başlayan müəllim ilkin olaraq nələri öyrənməlidir:
- İşləyəcəyi, yaxud işlədiyi ali məktəbin strukturunu – fakültə və ixtisasları, ali məktəbdə tədris, tərbiyə və elmi – tədqiqat işinin xüsusiyyətlərini;
- Tədrisin təşkili, təqvim – tematik plan tərtibi, qiymətləndirmə, auditoriyanı idarəetmə qaydalarını;
- İşlədiyi fakültənin (bölümün) tədris planını, öz ixtisası üzrə fənn və ya fənlərin tədris planında yerini, müddətini, semestrlər üzrə ayrılmış tədris vaxtını, mühazirə, seminar, laborator işlərin yerini və həcmini, ixtisası ilə əlaqədar auditoriyadan (sinifdən) kənar müstəqil işlərin forması və həcmini.
Bu bələdlik müəllimə öz fəaliyyətini aydın, düzgün qurmağa kömək edir.
Müəllim tədrisi davam etdirərək öz fəaliyyətini daha da təkmilləşdirməyə çalışmalıdır və bu zaman nələri öyrənməlidir:
- Ali məktəbin daxili nizam – intizam qaydalarının spesifik xüsusiyyətlərini;
- Həmkarları ilə həmkar tanışlığı;
- Tədris, təlim – tərbiyə metodikasına yiyələnmə və onu təkmilləşdirməyi;
- Tələbələrini tanıma və tələbələri ilə iş və ünsiyyət metodikasına qiyələnməyi və s.
Aparılan pedaqoji işin uğuru, yəni təlim – tərbiyənin səviyyəsi ali məktəbdə yaranmış pedaqoji mühitdən, başqa sözlə, pedaqoji rejimdən çox asılıdır. Belə ki, pedaqoji mühit hamını, necə deyərlər, pedaqojiləşdirir. İnzibati işçiləri də, dərs deyənləri də, öyrənənləri də. Bu mühitin yaranması üçün hamı pedaqoji bilikləri öyrənməli və öz davranışında, hərəkətində, münasibətində, müraciətində, auditoriyada dərsin şərhində, praktik işlərində və s. metodik məqsəd daşımalıdır.
Əgər bütün bunlara pedaqoji texnologiya desək, burada konkret pedaqoji şərtlər nəzərə alınmalıdır:
1. Pedaqoji fəaliyyətin sosial yönümlü və psixoloji mahiyyətli olması;
2. Fundamentallıq. Ciddi elmi biliklər verilməsi.
3. Mədəniyyətəmüvafiqlik. Təlim – tədrisin müasir mədəniyyətin inkişaf səviyyəsinə uyğunluğu.
4. Təlimdə humanistləşdirmə.
5. Təlimin fasiləsizliyi.
6. Təlimdə informatlaşdırma.
Bununla yanaşı, tibbi – bioloji şərtlər də vardır ki, bunları da hər bir müəllim nəzərə almalıdır:
1. Şagird sağlamlığının qorunması.
2. Həddindən artıq yorğunluğun qarşısının alınması.
Ümumiyyətlə, təlim – tərbiyə işini əhatə edən pedaqoji prosesi pedaqoji sistem kimi təsəvvür etsək, burada ən azı 6 qarşılıqlı əlaqənin olduğunu qeye etmək olar:
1. Təlim – tərbiyə işinin məqsədi;
2. Təlim – tərbiyənin təşkili formaları.
3. Təlim – tərbiyənin məzmunu.
4. Təlim – tərbiyə işinin texnologiyaları (metodlar, vasitələr, formalar və s.).
5. Öyrədən.
6. Öyrənən.
7. Bir neçə saatlıq söhbətdə bu əlaqələrin hamısını əhatə etmək mümkün deyil. Lakin qeyd etməliyəm ki, pedaqoji fəaliyyətin özəyini öyrədən - öyrənən əməkdaşlığı, əlaqəsi, birliyi təşkil edir. Ona görə də söhbətimi yalnız bu əməkdaşləq üzərində davam etdirmək istərdim.
Dərsdə öyrətmə prosesi müxtəlif komponeni əhatə etdikdə sitemə çevrilir və səmərəli nəticə verir.
21
17
15
10
6
10
- Ailə pedaqogikası
- Məktəbəqədər pedaqogika
- Məktəb pedaqogikası
- Orta – ixtisas təhsili pedaqogikası
- Ali məktəb (təhsil) pedaqogikası
- Xüsusi pedaqogikalar (defektologiya)
- Yaşlıların təhsili pedaqogikası
- Pedaqogika tarixi
- Fənlərin tədrisi metodikası
- İstehsalat pedaqogikası
- Mühəndislik pedaqogikası
- Tibbi pedaqogika
- Kosmik pedaqogika
- Sosial pedaqogika
- Özünütəhsil və özünüinkişaf pedaqogikası
Ali məktəb müəlliminin ilkin praktik pedaqoji fəaliyyət bacarıqlarına daxildir:
- Ali məktəbin strukturuna – fakültə və ixtisaslara, tədris, tərbiyə və elmi – tədqiqat işinin xüsusiyyətlərinə bələdlik;
- Tədrisin təşkili, təqvim – tematik plan tərtibi, qiymətləndirmə sisteminə, auditoriyanı idarəetmə qaydalarına bələdlik;
- İşlədiyi fakültənin (bölümün) tədris planına, öz ixtisası üzrə fənn və ya fənlərin tədris planında yeri və müddətinə, hər semestrdə ayrılmış saatların həcminə, mühazirə, seminar, laborator və digər praktik işlərin yeri və həcminə, ixtisasla əlaqədar auditoriyadankənar tələbə müstəqil işlərinin formaları və həcminə bələdlik.
PEDAQOJİ FƏALİYYƏTƏ HAZIRLIĞA DAXİLDİR:
- Ali məktəbin daxili nizam – intizam qaydalarına bələdlik, onun yerinə yetirilməsi və ümumi mühitin bərqərar olmasına səy;
- Həmkarların tədris, təlim – tərbiyə üslubu ilə tanışlıq;
- Tədris, təlim – tərbiyə metodikalarına yiyələnmə və onu təkmilləşdirmə;
- Tələbələrin fərdi xüsusiyyətlərinə, marağına, psixoloji və sosial durumuna görə tanıma;
- Davranış, ünsiyyət, münasibət mədəniyyəti nümayiş etdirmə.
UĞURLU PEDAQOJİ FƏALİYYƏTİN ŞƏRTLƏRİ:
- Etik və taktik yanaşmalarda səhv etməmək;
- Ali məktəbdə vahid intizam rejiminə riayət edilməsi;
- Ali məktəbdə maddi – texniki təchizatın, sosial təsisatların tamlığı;
- Ali məktəbdə tam sağlam – mənəvi mühitin olması;
- Obyektiv qiymətləndirmə;
- Müəllim – tələbə əməkdaşlığının yüksək metodik səviyyəsi;
- Müəllimin nüfuz sahibi olması;
- Tələbələrin sosial, bədii, estetik, idrakı və s. qabiliyyətləri ilə maraqlanmaq və tələbə ictimai – mədəni tədbirlərində iştirak və s.
- Tələbə sağlamlığının qorunması və s.
- Həddindən artıq tələbə yorğunluğuna yol verilməməsi.
PEDAQOJİ PROSESİN SİSTEMİ
1. Təlim – tərbiyə işinin məqsədi.

3. Təlim – tərbiyə işinin məqsədi.
4. Təlim – tərbiyənin məzmunu.
5. Təlim – tərbiyə işinin texnologiyaları (metodlar, vasitələr, formalar və s.).
6. Öyrədən.
7. Öyrənən.
ÖYRƏTMƏ (TƏLİM PROSESİNDƏ İSTİFADƏ EDİLƏN TEXNOLOGİYALAR
1. Söz texnologiyası: mühazirə, söhbət, müzakirə, izah və s.
2. Problemli təlim texnologiyası.
3. İşgüzar oyunlar və ya didaktik oyunlar texnologiyası.
4. Debat texnologiyası.
5. Modul texnologiyası.
6. İnformasiya (kompyuter) texnologiyası.
7. İnnovasiyalı texnologiya – interaktiv üsullardan istifadə.
8. Инновасийалы технолоэийа- интерактив цсуллардан истифадя
9. Sineqretik texnologiya.
TƏLİM PROSESİNDƏN ALINMALI NƏTİCƏLƏR:
1. İdraki - intellektual.
2. Kulturoloji.
3. Akmeoloji.
4. İctimai – sosial fəallıq.
5. Özünüinkişaf.
TƏLİM – TƏRBİYƏDƏ UĞURU ŞƏRTLƏNDİRƏN AMİLLƏR:
1. Motivasiya.
2. Öyrədənin peşəsinə həvəsi və məhəbbəti.
3. Öyrədənin tələbələrə şəxsiyyət kimi baxması və onlara ehtiramlı münasibəti.
4. Stimullaşdırma.
5. Öyrənənlərin aldığı ixtisasa həvəsi, onu sevərək öyrənməsi.
7. Öyrənənlərin öyrədənə xoş münasibəti.
PEDAQOJİ FƏALİYYƏT SİSTEMİ
İdarə və əməkdaşlıq
MÜƏLLİM NİTQİNƏ VERİLƏN TƏLƏBLƏR:
- Aydın, anlaşılan, səlis nitq;
- Məntiqli, sübutlu – dəlilli, elmli;
- Diksiya, intonasiya, orfoepik tələffüzün normallığı;
- Pauza və məntiqi vurğudan yerli – yerində istifadə edilməsi;
- Səsin düzgün idarə edilməsi, tembr.
PEDAQOJİ PROSESDƏ MÜƏLLİMİN NİTQDƏN İSTİFADƏ ETMƏDƏN ÜNSİYYƏTİ
- Poza
- Jest
- Mimika
- Sinifdə gediş
- Baxışla kontakt
- Gülüş, təbəssüm
- Öskürmək;
- Məsafə və s.
ÖYRƏDƏNLƏ TƏLƏBƏ ARASINDA PEDAQOJİ MƏSAFƏ NORMASI
- Öyrədənlə öyrənən arasında fərdi (şəxsi) ünsiyyət məsafəsi – 45 sm – dən 120 sm - dək
- Sinifdə rəsmi ünsiyyət məsafəsi – 120 – 400 sm
- Auditoriyada tələbələr qarşısında çıxış zamanı məsafə - 400 – 750 sm – dən az olmamalıdır.

Комментарии
Отправить комментарий