ALİ MƏKTƏBDƏ TƏHSİLİ İDARƏETMƏNİN HUMANİZM VƏ DEMOKRATİK PRİNSİPLƏRİ

Ali məktəbdə təhsili idarəetmənin humanizm
və demokratik prinsipləri


Açar sözlər: idarəetmə, təhsili idarəetmə, humanizm, demokratik prinsip, inzibati, kulturoloji, pedaqoji, hüquqi, psixoloji, texnoloji, sosial yanaşma.

XIX əsrin sonlarından başlayaraq, idarəetmə anlayışı tez-tez işlənməyə başlanmış, idarəetmə elm sahəsi kimi formalaşmışdır. Hər hansı sistemin (idarənin, təşkilatın, müəssisənin, kollektivin və s.) uğurlu, peşəkarcasına idarə edilməsi keyfiyyəti, səmərəliliyi, təşəbbüskarlığı artırır, yeni yüksəlişə təkan verir. İdarəetmə bütöv bir sistemə (hissələrinə, alt hissələrinə və s.) aiddir. İdarəetmə sisteminin tamlığını və bütöv məhsuldarlığını təmin edən rəhbər və ya rəhbərlərdir. İdarəetmə sistemin müxanizmini təşkil edir, onu hərəkətə gətirən isə insandır, yəni rəhbərdir və ya hissələr üzrə rəhbərlərdir.
İdarəetmə işi zaman-zaman təkmilləşir, yeniləşir, müasirləşir, yeni məzmun və metodlarla müasirlik səviyyəsinə qalxır.
Ənənəvi olaraq idarəetmənin üç növündən bəhs olunur:
a) maşınlar sistemi  və texnoloji prosesləri idarəetmə; bunu mexaniki idarəetmə də adlandırırlar.
b) bioloji sistemlərin idarəedilməsi. Məsələn, bitkilərin təkamülü. Bunu bioloji idarəetmə də adlandırırlar.
c) nəhayət, insanlar birliyinin idarəedilməsidir ki, buna sosial idarəetmə deyirlər    (1,21-22 ).
 İdarəetmə elminə daxil olan sahələrdən ən mürəkkəbi təhsil fəaliyyətidir. Təhsili idarəetmə nəzəri mahiyyətinə və praktik əhəmiyyətinə görə xüsusi aktuallıq kəsb edir. Akademik Mehdi Mehdizadəyə görə, maarif (təhsil – Ə.A.) sisteminin idarəedilməsi dedikdə, təşkilati, metodiki, kadr, tərbiyə, plan, maliyyə, təchizat və s. sahələrə dair tədbirlərin məcmuu nəzərdə tutulur. Onların yerinə yetirilməsi təhsil sisteminə daxil olan müəssisələrin normal fəaliyyət göstərmələrini və sistemin inkişafını təmin edir    (2,18 ).
Təhsili idarəetmənin ayrıca mərhələsini ali məktəbdə təhsilin idarəedilməsi təşkil edir. Ali məktəbdə təhsili idarəetmə təlim-tərbiyə prosesinin idarəedilməsi, tələbə və müəllim kollektivinin idarəedilməsi və digər alt idarəetmə sahələrini əhatə edir.
Ali məktəbdə təhsilin idarəedilməsi idarəetmə elminin nəzəriyyəsi və təcrübəsinə əsaslanır, eyni zamanda, mahiyyətdən irəli gələn spesifik xüsusiyyətləri də özündə əks etdirir.
İdarəetməyə alimlər tərəfindən müxtəlif təriflər verilmişdir. Bizim fikrimizcə, idarəetməni ən yığcam şəkildə belə ifadə emək olar: İdarəetmə - fəaliyyətin təşkili, məqsədə çatmaq üçün işlərin yerinə yetirilməsinə səfərbərlik, tələbatların ödənilməsi, görülən işlərin və sosial mühitin keyfiyyətinə nəzarət və ona qiymət verilməsidir. Məktəbin idarəedilməsi - konkret bir təhsil müəssisəsində fəaliyyətin təşkili, təminatı, davamlılığının qorunması, görülən işlərə nəzarət, yoxlama və qiymətləndirmədir. Ali məktəbdə təhsilin idarəedilməsi məktəbi idarəetmənin əsas məzmununu təşkil edir. Təhsili idarəetmədə elmi-nəzəri və praktik yanaşma vəhdətdə həyata keçirilir. Öncə təhsili idarəetmənin elmi–nəzəri əsaslarına daxil olan mənbələr diqqəti cəlb edir. İlkin olaraq, hüquqi bazanın tələblərinin lazımı səviyyədə yerinə yetirilməsini qeyd etmək istərdim. Hüquqi bazaya Dövlətin Əsas Qanunu, Təhsil haqqında Qanun, təhsili inkişafetdirmə konsepsiyası, ali təhsilin Əsasnaməsi və ali məktəbin konkret Nizamnaməsi, ali orqanların əmr və göstərişləri, universitetdaxili əmr və göstərişlər və s. daxildir.
İdarəetmə müəyyən pedaqoji, sosial, psixoloji, aksioloji məzmuna malik olsa da, proses olaraq hüquqi mahiyyətlidir. Ona görə də idarəedəndən – rəhbərdən ilkin olaraq idarəetmə sahəsində hüquqi bilgi və hüquqi təfəkkür tələb olunur.
Təhsili idarəetmə və ona rəhbərliyin digər mənbələri kimi, idarəetmə elmində son nailiyyətləri, təhsil sahəsində yeniləşmələri və təhsilə verilən müasir standartları, təhsilin təşkili və idarəetmə təcrübələrini, tarixi irsi və s. qeyd etmək olar.
Təhsili idarəetmə elm sahəsi olaraq, bir neçə funksiyanı yerinə yetirir:
- Elmi-nəzəri. Təhsili idarəetmə tendensiyaları öyrənilir, onların tətbiqinin nəzəri əsasları işlənib hazırlanır;
- Konstruktiv (əməli). İdarəetmə sisteminin texnologiyası qurulur, metodikası işlənir və onların yerinə yetirəcəkləri vəzifələr müəyyənləşdirilir;
- Proqnostik. Təhsil sisteminin tiplərini, növünü və inkişaf dinamikasını mövcud nailiyyətlər və elmi-texniki, sosial-iqtisadi inkişaf tendensiyasına uyğun olaraq proqnozlaşdırır.
Təhsili idarəetmədə iki mərhələ diqqəti cəlb edir: qərarların qəbul edilməsi və onların həyata keçirilməsi.
Qərarların qəbul edilməsi iki mərhələdə tamamlanır:
- Problemin təhlili;
- Məqbul variantların və qəti qərarın seçilməsi, dəyərləndirilməsi.
Qərarın realizə olunması da bir neçə mərhələdən keçir:
- Qərarın realizə olunması üçün layihənin işlənməsi;
- Qəbul olunmuş qərar haqqında informasiyanın verilməsi;
- İcraçıların seçimi və icraya hazırlaşdırılması;
- Qərarın yerinə yetirilməsi üçün operativ işin təşkili.
Buraya daxildir: lazimi sənədlərin hazırlanması, bütün hissələrin əlaqələndirilməsi, müvafiq ab-havanın, əhvali-ruhiyyənin yaradılması, icra intizamının təminatı, təşəbbüsçülərin müdafiə olunması və s.
- Nəzarət və korreksiya;
- Qərarın yerinə yetirilmə nəticələrinin təhlili və yeni problemin (görüləcək işin) müəyyənləşdirilməsi.
İdarəetmə elmi onun prinsiplərini, metodları və formalarını müəyyənləşdirir. Təhsili idarəetmədə də bunlar nəzərə alınır.(3,362-363)
 Təhsili idarəetmədə onun prinsiplərini nəzərə almağın böyük əhəmiyyəti vardır. Elmi ədəbiyyatda prinsiplər sırasına daxil edilir: Elmilik, sistemlilik və tamlıq, hüquq, vəzifə və məsuliyyətin bərabər bölüşdürülməsi, obyektivlik və informasiyanın tam çatdırılması, informasiyada obyektivlik, informasiyanın bütövlüyü, humanizm və demokratiklik, təkrəhbərlik və kollegiallıq, pedaqoji takt, dözümlülük, pedaqoji mövqedə vahidlik, rəhbərlikdə mütəxəssislik nüfuzu, qarşılıqlı təsir, tərbiyəlilik, mənəviyyatlılıq, sağlamlıq, bilik və bacarıqlarda müasirlik, ziyalılıq, kulturoloji yetkinlik, nüfuz və mövqe, mütəxəssis səlahiyyətliliyi, siyasi mədəniyyət, peşəkarlıq, müstəqillik, problemli vəziyyətdən çıxış yolu tapmaq, təşəbbüskarlıq və yaradıcılıq, ənənələrə diqqətli olmaq, irəli sürülən təşəbbüsləri müdafiə etmək və s. Bunlar rəhbərin əsas prinsipləri olduğu kimi, həm də keyfiyyətlərinə daxildir.  
Təhsili idarəetmənin müxtəlif metodlarından istifadə olunarkən motiv nəzərə alınır. Bu, idarəetmədə tamlıq və kompleks yanaşmanı təmin edir, nəticədə sistemdə boşluq yaranmır. Təcrübədə özünü göstərən motivlər bunlardır:
- Maddi motiv (mükafat, cərimə və s.)
- Sosial motiv
- Hakim olma motivi.
Rəhbər bu motivlərdən çıxış edərək işini qurduqda, təhsil prosesinin iştirakçıları passiv mövqedə olmurlar.
Tədqiqatçı alim Q.M.Qocaspirovanın fikrincə, təkbaşına idarəetmədə rəhbərlik subyektivliyə imkan verdiyi üçün kollektivdə narahatlıq doğurur. O, kollegial və kollektiv idarəetməni daha çox səmərə verən hesab edir.(4,460)
İdarəetmə fəaliyyətinin məzmununa görə tətbiq edilən metodlardan istifadə təcrübəsinin yaşı çoxdur. Onlar hansılardır?
- Normativə əsaslanan metodlar;
- İnzibati-təşkilati metodlar. Bu metod təşkilati-tənzimləyici məqsəd daşıyır. Burada təlimatlandırma, tənzimləmə, nizamlama, stimullaşdırma, pedaqoji, sosial-psixoloji, iqtisadi, psixoloji, texnoloji yanaşma priyomlarından istifadə nəzərdə tutulur.
Qeyd etməliyik ki, kollektivdəki psixoliji ab-hava təhsilin təşkilinə və nəticə alınmasına xeyli təsir göstərir. Əgər bu ab-hava normaldırsa, yaxud ruhlandırıcıdırsa, səmərəlilik və effektivlik nəticə olaraq meydana çıxır.
    Təhsili idarəetmədə onun prinsiplərini nəzərə almağın böyük əhəmiyyəti vardır. Elmi ədəbiyyatda prinsiplər sırasına daxil edilir: Elmilik, sistemlilik və tamlıq, hüquq, vəzifə və məsuliyyətin bərabər bölüşdürülməsi, obyektivlik və informasiyanın tam çatdırılması, informasiyada obyektivlik, informasiyanın bütövlüyü, humanizm və demokratiklik, təkrəhbərlik və kollegiallıq, pedaqoji takt, dözümlülük, pedaqoji mövqedə vahidlik, rəhbərlikdə mütəxəssislik nüfuzu, qarşılıqlı təsir, tərbiyəlilik, mənəviyyatlılıq, sağlamlıq, bilik və bacarıqlarda müasirlik, ziyalılıq, kulturoloji yetkinlik, qəbul edilən nüfuz və mövqe, mütəxəssis səlahiyyətliliyi, siyasi mədəniyyət, peşəkarlıq, müstəqillik, problemli vəziyyətdən çıxış yolu tapmaq, təşəbbüskarlıq və yaradıcılıq, ənənələrə diqqətli olmaq, irəli sürülən təşəbbüsləri müdafiə etmək və s. Bunlar rəhbərin əsas prinsipləri olduğu kimi, həm də keyfiyyətlərinə daxildir.  
Azərbaycan Respublikasında ali məktəbdə təhsili idarəetmə təcrübəsi zəngindir. Baxmayaraq ki, indiyədək onun nə nəzəri, nə də əməli istiqamətdə elmi araşdırılması aparılmayıb, öyrənilməyib, bu sahədə ciddi elmi-tədqiqat əsəri yazılmayıb. Digər tərəfdən, artıq dünyada baş verən qloballaşma prosesi, eləcə də təhsil sahəsində Avropa məkanında birləşmə zərurəti, idarəetmədə texnoloji imkanların artması, ümumiyyətlə, proseslərin idarəedilməsinə, o cümlədən təhsilin idarəedilməsinə modern yanaşma tələb edir.
Müasirlik yalnız idarəetmənin metodlarında deyil, həm də onun prinsiplərinin nəzərə alınmasında özünü göstərir. Əgər metodlar daha çox bilgilərə yiyələnmə, intellektuallığın artırılmasına xidmət edirsə, prinsiplər bu gün çox vacib olan sosiallaşma amilini gücləndirir. Bu baxımdan təhsildə humanizm və demokratiya prinsiplərinin nəzərə alınmasının mühüm sosial-siyasi, hüquqi, sosial-pedaqoji, sosial-psixoloji əhəmiyyəti vardır.
Təhsili idarəetmədə humanizm və demokratik yanaşma bir-biri ilə sıx bağlıdır. Lakin humanizm təhsildə tədris-təlim proqramları seçimindən, arzu və maraqların nəzərə alınmasından daha çox insana milli və ümumbəşəri, əxlaqi-mənəvi və s. dəyərlər baxımından yanaşılmasında meydana çıxır. Humanizm prinsipi təhsil verənlərin və təhsil alanların silki, cinsi, irqi, dini, milli fərqlərinə varmadan hamının bərabər tutulmasında, hamının eyni dərəcədə dəyərləndirilməsində özünü göstərir. Bu prinsipə görə təhsil alanların mənəvi və mədəni inkişafı üçün heç bir fərq qoymadan şərait yaradılır, onların fiziki və psixi sağlamlığı, ləyaqəti qorunur.
Demokratik yanaşma təhsilin təşkilində, məzmunun müəyyənləşdirilməsində, təlim prosesində, idarəetmə və rəhbərlikdə nəzərə alındıqda, insan azadlığı və hüquqları qorunur, maraq və istəklər nəzərə alınır, qabiliyyət və bacarıqlar sərbəst üzə çıxır, alınan nəticələrdə səmərəlilik, keyfiyyət şəffaf və effektiv olur. Təhsilin demokratik idarəedilməsində bərabərhüquqlu partnyorluq, anlaşıqlı əməkdaşlıq hökm sürür.
Təhsilin məzmununda tədris-proqram materiallarının çoxvariantlığı, təlim metod və texnologiyalarından istifadə sərbəstliyi, təhsil təşkilatçı və rəhbərlərinin mövcud təlimat və normativlər əsasında müstəqil fəaliyyəti, nəzarət və dəyərləndirmədə meyarlar üzrə şəffaf və ədalətli qərarların çıxarılması demokratik yanaşmada təzahür edir.
Təhsilin demokratik prinsiplərlə idarəedilməsi formalizmi qeyri-normal asılılığı aradan qaldırır, öyrədən və öyrənənlərin, rəhbər və icraçıların öz vəzifələrini qarşılıqlı inam və əməkdaşlıq şəraitində yerinə yetirmələrini təmin edir.
Təhsili demokratik idarəetmə imkan verir ki, ali məktəbdəki sistem-struktur hissələri təşəbbüs və təkliflərlə çıxış edə bilsin, fəaliyyətində yuxarı yersiz müdaxilələrdən qorunsun, hüquq və vəzifələrindən eyni dərəcədə səmərəli yararlansın.
Təhsili demokratik idarəetmə imkan verir ki, təlim-tərbiyə prosesi və onun nəticələrindən valideynlər yetərincə məlumatlandırılsınlar, təklifləri, tələbləri ilə çıxış edə bilsinlər.
Təhsili demokratik idarəetmə imkan verir ki, tələbələr öz fəaliyyətlərini, onlara dərs deyənləri, yaxud tərbiyəvi işlər həyata keçirmələri qiymətləndirilsinlər, işini yaxşılaşdırması üçün təkliflərini versinlər, onlarla dil tapa bilməyən, eqoizm və amirlik göstərən, ünsiyyət mədəniyyəti, yaxud öyrətmə metodikası zəif olan, imtahan və digər yoxlamalarda obyektiv olmayan müəllimlərin onlara dərs deməməsi təklifi versinlər.
Təhsili demokratik idarəetmə imkan verir ki, müəllimlərin və valideynlərin təhsilin məzmunu, təlim texnologiyaları, digər kulturoloji, aksioloji məsələlər haqqında təklifləri eşidilsin və nəzərə alınsın.
Təhsili demokratik idarəetmə şəffaflığı, kollegiallığa, kollektivi sağlam bir ailə kimi birləşdirməyə imkan verir. Təhsili demokratik idarəetmə yüksək məsuliyyət, borc və şərəf hissini yüksəldir. Burada hər kəsin ləyaqətli, sağlam əqidəli olması, qanun-qaydalara hörmətlə yanaşması vacib tələblərdəndir. Demokratik idarəetmə hər kəsin özünü, auditoriyanı, qrup və kollektivi idarəetməsindən rəhbərlik missiyasına qədər bütün mərhələləri əhatə etdikdə - vahid rejimə çevrildikdə səmərə verir. Söylədiyim təhsili idarəetmə təcrübəsini Qafqaz Universiteti timsalında görmək mümkündür.
Əvvələn, idarəetmə strukturu demokratik pirinsiplərə əsaslanan kollegialıq üzərində qurulub.
Ali idarəedici orqan müxtəlif səlahiyyətli simaları birləşdirən Rəyasət heyətidir. Rektor həmin kollegial qurup qarşısında məsuldur, hesabat verir. Rektorluk isə Elmi Şura və İdarə Heyəti ilə sıx bağlıdır. Göründüyü kimi, yuxarıdan hazırlanıb, verilən göstəriş və təlimatlar kollegial olaraq düşünülüb, qərarlaşdırılır. Eləcə də aşağıdan, kafedralardan, dekanlardan, prorektorlardan gələn təkliflər  yenə yuxarı kollegial orqanlarda demokratik yolla müzakirə edilib, qərarlaşdırılır. Bu istiqamət noramativ sənəd və göstərişlərin hazırlanmasına aiddir. Qafqaz Universitetində humanizim və demokratik yanaşma prinsipi fəaliyyət prosesində özünü daha qabarıq göstərir. Əvvələn tələbə və professor-müəllim kollektivlərində səmimi, sağlam psixoloji iqlim mövcuddur. Hamı bir-birinə hörmətlə yanaşır, tələbələr öz hüquq və vəzifələrini  lazımınca bilir və ondan yararlanırlar. Burada məncə, heç bir formalizim, amiranəlik yoxdur. Müəllimlər və digər işçilər də həmçinin.
Universitetdə hörmət və tələbkarlığın, prinsipiallıq  və ədalətçiliyin vəhdəti, dəyərləndirmədə şəffaflıq, obyektivlik hamını qanun və qaydaları düzgün icrasına səfərbər edir.
Bir sira ictimai tələbə təşkilatları  təşəbbüs irəli sürür və onu tam səlahiyyətlə reallaşdırırlar. Heç bir süni maniə, təzyiq heç kəs tərəfindən yaradılmır. Tələbələr hər an azad, müstəqil olduqlarını dərk edir, arzu və təkliflərini, tələblərini sərbəst şəkildə bildirirlər. Istedatlar müsabiqə və yarışmalarda tam obyektiv və ədalətlə üzə çıxarılır, rəğbətləndirilirlər. Univesitet-valideyin əməkdaşlığı da demokratik prinsiplərə söykənir. Valideyinlər təhsil ocağında aparılan təlim-tədris, tərbiyə işi ilə tanış olmaq imkanına malikdirlər. Vaxtaşırı Univestitedə valideyin yığıncaqları keçirilir, valideyinlər tələbələrin tədbirlərində iştirak edirlər.
Təlim nəticələrinin və məlumat və yekunların komputer vasitəsi ilə çatdırılması, informasiya – texnoloji üsullardan istifadə edilməsi istər ölkə daxilində, istərsə də xaricdə Univesitedə görülən bütün işlərlə, hər bir tələbənin naliyyəti ilə məlumatlanmağa imkan verir.
Belə bir imkan demokratik mühit yaranmasına kömək edir. Yalanın, formalizmin heç bir sahədə olmaması fəaliyyətin reallığa söykənən qurulmasından əlavə , kollektivdə inam və etibarın, cavabdehlik məsuliyyətinin bərqərar olmasını təmin edir. Ünsiyyət və davranış mədəniyyətinin hər yerdə, hər kəsə göstərilməsi iş şəraitində, münasibətlərdə rahatlıq, səmimilik formalaşdırır. Belədir ki, humanizim və demokratik yanaşmanın hökmran olduğu kollektivdə intellektuallıqla mənəviyatlılıq birləşir, modern sosiallığı təmin edir.
Qafqaz Universitetinin təlim-tədris nəticələrinə görə reytinqinin yüksək olmasını təmin edən şərtlərdən biri məhz kollektivdə humanizim və demokratik pirinsiplərinə dönmədən əməl etdirilməsi ilə bağlıdır. Burada demokratik idarəetmədən yaranan şəffaflıq və obyektivlik, ədalət və tələbkarlıq nəticəsində bütün təhsili idarəetmə sistem rəhbərlərinin, müəllim və tələbələrinin bir-birinin qarşısında məsuliyyətini təmin edir.
Çox təəssüf ki, hələ də demokratik yanaşmanı özbaşınalıq, xaos, şəxsi-subyektiv maraqların qabarıq olması kimi başa düşənlər vardır. Belələri məsuliyyət və qanunçuluq mədəniyyətini anlamayan, ondan uzaq olanlardır. Təhsildə demokratik yanaşma həm də kulturoloji anlamdır, icraçılıq, işgüzarlıq mədəniyyəti, qanunlara. qaydalara, tələblərə hörmət əzmkarlığı, insani keyfiyyətlər ucalığının təzahürüdür. əgər ali məktəblərdə təhsilin idarə edilməsində humanizim və  demokratik pirinsiplər ali dərəcədə nəzərə alınarsa, tədricən cəmiyyətin bütünlüklə bu prinsiplərlə düşünməsi və həyat tərzi qurmasına təsir etmək olar.


Ədəbiyyat

1. Берг А.И. Кибернетика и строительство...” Кибернетика, мышление, жизнь”.
Москва, 1964.
2. Mehdizadə M.M. Maarif sistemini elmi idarəetmə məsələlərinə dair,” Azərbaycan məktəbi” j. 1976, №11
3. Педагогика Под редакцией профессор П.И. Пидкасистого. Москва. 2008.
4. Коджаспирова. Педагогика. Москва.2007


А.А.Агаев
Принципы гуманитаризации и демократизации управления образованием высшей школе
Резюме

В этой статье показывается результаты иследования проблемы управления в образованием в высшей школе. Исследуя роли принципов гуманитаризации и демократизации управления образованием в высшей школе автор доказывает что, эти принципы составляют основы формирования положительного морально – психологического климата в коллективе.
В статье изучается субьективные и объективные факторы гуманитаризации и демократизации управления образованием и приводяться примеры из жизни Кафказского Университета.


Pr.Dr. A.A.Aghayev
Humanism and democratic prinsiples of the educational managment
in the higher school
Summary
Urgency of the educational managment’s problem is grounded in the article. Humanism in the managment and taking into account democratic principles to arising in the collective of the healthy psychological environment and influenced to earning and being established of the objectivity and justice. Caucasian University experiment is remembered in this area.




Комментарии