Estoniya təhsilində öyrənilməli cəhətlər çoxdur
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun "Şərq-Şərq" proqramı çərçivəsində respublikamızın bir qrup təhsil işçisi mayın sonlarında Estoniyada bir həftəlik səfərdə olub. Səfər Estoniyanın təhsil sistemi, onun Avropa təhsil məkanına inteqrasiya səviyyəsi ilə daha yaxından tanış olmaq, təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb. Əməkdaşımız nümayəndə heyətinin səfər təəssüratının oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq onun üzvlərindən biri - respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevdən müsahibə alıb. Aşağıda həmin müsahibəni təqdim edirik.
- Əjdər müəllim, bildiyimiz kimi, bu yaxınlarda Estoniyada səfərdə olmusunuz. Sovet vaxtında bu ölkə ilə bizim təhsil sistemimiz arasında elə bir fərq yox idi. Bəs indi necə?
- Təhsil hər yerdə şagirdləri, tələbələri öyrətmək, ümumiyyətlə, maarif, təhsil siyasətini həyata keçirmək üçündür. Bu siyasət Estoniyada da, Azərbaycanda da, hər hansı başqa ölkədə də eynidir. Amma sovet rejimindən çıxmış digər müstəqil ölkələr kimi bu iki ölkənin təhsil sistemində də müəyyən fərqlər vardır. Əsas fərqlər təhsilin mərhələlərində, səviyyəsində, onun həyata keçirilməsində özünü göstərir. Deyilənlərin daha aydın olması üçün konkret faktlara keçim. Əvvələn onu deyim ki, Estoniyada icbari təhsil bizdən fərqli olaraq 9-illikdir. Orada ümumi təhsilin pillələri kimi ibtidai, əsas, orta təhsil adları, anlayışları var. Lakin əsas təhsil, yəni 9 illik məktəb, bir növ, həm də orta təhsil verir. 9 illik təhsili bitirənlər buraxılış imtahanları verirlər və onlar dövlət imtahanı səviyyəsində aparılır.
9 illik təhsilin özü də bir neçə mərhələdən ibarətdir. 1-3, 4-6, 7-9-cu siniflər. Əslində onlar ibtidai təhsili 2 mərhələdən ibarət hesab edirlər, yəni 1-3 və 4-6-cı siniflər ibtidai təhsil səviyyəsində götürülür və 1, 2, 3-cü siniflərdən başlanan bəzi fənlər, xüsusən də insanşünaslığa, vətəndaşşünaslığa aid fənlər, eləcə də həyati bacarıqlar aşılayan fənlər sonrakı sinilərdə (4-6) davam etdirilir. 7-8-9-cu siniflər isə şagirdi bir növ 9-cu sinfin buraxılışına hazırlayır. Fənlərin özü də ciddiləşir. Artıq fizika, riyaziyyat, dillər öyrənilir.
Estoniyada tam orta məktəb 12 illikdir. X, XI, XII siniflər tam orta təhsil verir və gimnaziya adlanır. Gimnaziyanın proqramı əvvəlki məktəb bazasında qurulsa da, artıq şagird müstəqilliyinə, praktik işlərə geniş yer verilir. Gimnaziyada dövlət standartlarına cavab verən məcburi fənlərlə yanaşı, məktəbin, şagirdin seçdiyi fənlər də tədris olunur. Gimnaziyanı bitirənlər 3 fəndən dövlət imtahanı, 2 fəndən isə məktəb imtahanı verirlər. Məktəbin seçdiyi fənn üzrə imtahanları müəllimlər istədikləri vaxt aparıb şagirdlərə qiymət yazırlar. Amma dövlət imtahanları bütün məktəblərə eyni gündə - biri apreldə, ikincisi mayda, üçüncüsü isə iyunun əvvəlində olmaqla aparılır. İmtahanları Təhsil Nazirliyinin Dövlət İxtisaslaşmış İmtahan Mərkəzi (DİİM) təşkil edir. O, Təhsil Nazirliyinin tərkibində müstəqil orqandır. Mərkəz ayrı-ayrı fənlər üzrə sualları, imtahan vərəqlərini hazırlayır və imtahanları keçirir.
Hər imtahan vərəqi 14, 16, 18 səhifə olur. Burada ayrı-ayrı suallar üzrə fikri yazmaq üçün vərəqlər nəzərdə tutulur. Məsələn, tələb edilir ki, filan məsələ barədə fikrini yaz. Şagird 2 səhifə yazır. Amma elə suallar da var ki, onlar testdə olduğu kimi cavablandırılır. Bəzi suallar isə test formasında deyil, konkret sorğu olaraq cavab tələb edir. Bir sözlə, imtahanda fənnin bütün bölmələri üzrə hərtərəfli yoxlama gedir. Cavablar DİİM tərəfindən qiymətləndirilir. Birinci imtahanda əsasən intellektin, dünyagörüşünün səviyyəsi, ümumiyyətlə, insan hazırlığının səviyyəsi meydana çıxarılır. İmtahanların yoxlanması nəticələnir, hər şagirdə, məzuna sertifikat verilir. Sertifikatda onun bütün imtahanlardan yığdıyı qiymət balı göstərilir. Məzun o sertifikatla istədiyi ali məktəbə gedə bilir. Əlbəttə, balına uyğun ixtisas seçir.
Estoniyada tədris planında yer alan fənlərdə də fərqlər vardır. Məsələn, bizim yeni kurrikulumda, tədrisi nəzərdə tutulan fənlər içərisində ölkənin Konstitusiyasının, iqtisadiyyatın əsasları, insan və cəmiyyət fənləri yoxdur. Onların tədris planında insanın kamil hazırlanması, vətəndaş hazırlanması birinci yerdə dayanır. Buna görə də aşağı siniflərdən başlayaraq insanşünaslıq, ictimaiyyət fənləri keçilir. Coğrafiyaya üstünlük verilir. ölkə coğrafiyası mükəmməl öyrədilir və imtahana salınır. ölkənin tarixi, ədəbiyyatı, həmçinin eston dili də dərindən öyrədilir. Eston dili məktəblərdə həm ana dili, həm də dövlət dili kimi tədris olunur. Orada bizdən fərqli olaraq təlim rus dilində aparılan məktəblər çoxdur. O məktəblərdə dövlət dili kimi eston dili öyrədilir.
- İndi təhsil sistemlərini müqayisə edəndə ilk növbədə onların İKT ilə təminatının səviyyəsi əsas götürülür. Estoniyada bu cəhətdən vəziyyət qənaətbəxşdirmi?
- Bütün Avropa ölkələrində olduğu kimi, Estoniyada da bu problem həll olunub. Bir nəfər belə müəllim yoxdur ki, İKT-dən baş açmasın. Orta məktəbdən başlayaraq informasiya texnologiyaları, ən azı kompüterdən istifadə şagirdlərə öyrədilir. Ali məktəb tələbələri isə artıq bunları bilirlər. Bütün məktəblər, hər bir müəllim kompüterlə təmin olunub. Səfər zamanı bir orta məktəbdə olduq. Tallindən 25 km aralıda yerləşən bir kənd məktəbi idi. Məktəbin tədris otaqlarına, kompüter otaqlarına baxdıq. Ayrı-ayrı tədris otaqlarında olan kompüterdən başqa 2 böyük otağın hər birində 50-60 kompüter var idi. Şagirdlər orada işləyir, müxtəlif fəaliyyətləri yerinə yetirirdilər. Problemin həlli tarixi son 5 ilə təsadüf edir. Onlarda da bu məsələ xüsusi proqramla, mərhələlərlə həll olunub.
- Estoniyada müəllimlərin sosial vəziyyəti barədə nə deyə bilərsiniz?
- Estoniyada biz bir neçə müəllimdən nə qədər əməkhaqqı aldığını soruşduq. Gülümsünüb, "Yaşamaq üçün kifayət qədər normal əməkhaqqı alırıq. Amma istəyirik maaşımız daha çox olsun", - dedilər.
Sonralar mütəxəssislərlə söhbətlərimizdən məlum oldu ki, ali məktəbi bitirib ibtidai sinif müəllimi kimi işə başlayan artıq 700-800 ABŞ dolları həcmində əməkhaqqı alır. Stajı, dərəcəsi olanların əməkhaqqı bundan da çoxdur. Əməkhaqqı hesablanarkən müəllimin necə işləməsi, texniki vasitələrdən necə istifadə etməsi, hansı yaradıcılığı tətbiq etməsi, şagirdlərinin nə kimi nailiyyətləri olması və s. məsələlər nəzərə alınır. Ona görə də birinin maaşı digərinkindən artıq ola bilir. Ali məktəb müəllimlərinin maaşı isə daha yüksəkdir. Bizə konkret rəqəm deməsələr də, təxminən bir neçə min dollar olduğunu öyrənə bildik.
- Estoniya təhsil müəssisələrinin fəaliyyətinin idarə edilməsində demokratik prinsiplərə necə əməl olunur?
- Estoniya demokratik ölkədir. Ona görə də bütün sahələrdə demokratik prinsiplər yüz faiz nəzərə alınır. İdarəetmədə əsasən seçki prinsipi, seçkili fəaliyyət əsas götürülür. Bu baxımdan məktəb direktorlarının, ali məktəb rektorlarının, dekanların seçilməsi birinci yerdə dayanır.
Estoniyada tədris planları dövlət standartlarına cavab verən səviyyədə hazırlanır və hökumət tərəfindən təsdiq olunur. Təhsil Nazirliyi isə onu reallaşdırır. Amma hər bir orta məktəb öz tədris planını özü müəyyənləşdirir. Burada məcburi fənlər və məktəbin özünün seçdiyi fənlər öz əksini tapır. Bir məktəbdə ola bilər dillərə, digərində isə başqa fənlərə üstünlük verilsin. Orada dilbilmə əsas faktorlardan biridir. Yaşlı əhalinin demək olar ki, hamısı rus dilini, cavanların da əksəriyyəti ingilis dilini bilir.
Orada seçki də tam demokratik qaydada, heç bir müdaxilə və sifariş olmadan keçirilir. İstər özəl, istərsə də dövlət ali məktəbləri tam müstəqildir. Rektor müstəqil seçilir.
- Estoniyada ali məktəblərin kredit sisteminin tətbiq olunduğuna toxundunuz. Mənim növbəti sualım da elə bununla bağlıdır. Təhsilin Avropa təhsil məkanına inteqrasiyası yönümündə bu ölkədə nə kimi işlər görülür? Boloniya prosesi reallaşırmı?
- Estoniyada Boloniya prosesinə qoşulmaq üçün işlər çoxdan gedir. Avropa ölkəsi olduğu üçün bu proses onlara doğmadır. Boloniya prosesinin irəli sürdüyü dəyərlər orada tam nəzərə alınır və həyata keçirilir. Əsas məsələlərdən biri keyfiyyətin, şagird əməyinin, nailiyyətinin, tələbə, müəllim fəaliyyətinin qiymətləndirilməsidir. Bunlar dəqiq müəyyənləşdirilir və qiymətləndirilir. Tələbələrin müstəqil fəaliyyətinə geniş yer verilir. Əgər işin 50 faizi müəllim-tələbə qarşılıqlı əməkdaşlığında, tədrisdə görülürsə, qalan 50 faizi öyrənənin müstəqil fəaliyyəti ilə görülür. Layihələr hazırlamaq, baş verən hadisələrə münasibət bildirmək, internetdə müxtəlif saytlara girib məlumat əldə etmək və s. şəklində həyata keçirilir.
- Estoniyada sizi maraqlandıran, yaddaqalan hadisələrlə rastlaşdınızmı?
- Əlbəttə, orada maraqlı hadisələr çox oldu. Çoxlu sayda görüşlər keçirdik. Lakin onlardan biri gözlənilməyən, proqramda nəzərdə tutulmayan hadisə oldu.
Səfərimizin ikinci günü idi. Bizi orada qəbul edən həmkarlarımızdan biri dedi ki, Yaponiya imperatoru öz xanımı ilə camaatın görüşünə gələcək. İstəyirsinizsə, siz də bizimlə gedin. Beləliklə, biz də tədbirə qatıldıq. çox möhtəşəm bir tədbir idi. Hamısı eyni formada olan, təxminən 2000 nəfərlik məktəbli xoru bir-birindən gözəl mahnılar ifa edirdi. İmperator da öz xanımı ilə konsertə tamaşa edirdi.
Konsert qurtarandan sonra imperatorla xanımı insan dəstələrinin arası ilə çıxışa yönəldilər. Nümayəndə heyətimizin üzvlərindən olan ingilis dili müəllimi Əlövsət Əmirbəylinin başında şapka vardı. Şapkanın üstündə ingilis dilində "Azərbaycan" sözü yazılmışdı. İmperator və xanımı bizim durduğumuz yerə yaxınlaşanda xanımı "Azərbaycan, Azərbaycan" deyərək əlini uzadıb Əlövsət müəllimlə görüşdü. İmperator da maraqla bu mənzərəni seyr edirdi. Bizi maraqlandıran və xoş gələn Estoniyada kiçik bir detalla da olsa, ölkəmizin adının xatırlanması idi.
Ümumiyyətlə, Estoniya səfəri olduqca faydalı təcrübə qazanmaq baxımından əhəmiyyətli oldu.
- Maraqlı müsahibə üçün minnətdarlığımızı bildiririk. Estoniya təhsili haqqında təsəvvürlərimizi xeyli genişləndirdiniz. Sağ olun.
Müsahibəni apardı:
Yusif ƏLİYEV

Комментарии
Отправить комментарий